Siyasət 16:50 22.04.2016

İlqar Məmmədovun məhkəməsi təxirə salındı

Həbsdə olan REAL hərəkatının sədri İlqar Məmmədovun məhkəməsi qeyri-müəyyən vaxta qədər təxirə salınıb. 

“Qafqazinfo” xəbər verir ki, hərəkat sədrinin bu gün Şəki Apellyasiya Məhkəməsində keçirilən məhkəmə prosesindən sonra sərbəst buraxılacağı gözlənilirdi.

Onunla eyni maddə üzrə həbs olunan və ötən ay verilən əfvlə azadlığa çıxan Müsavat başqanının müavini Tofiq Yaqublu da məhkəmədə iştirak edib.

Xatırladaq ki, İ.Məmmədovla T.Yaqublu 2013-cü ilin yanvarında İsmayıllıda baş vermiş kütləvi iğtişaşların təşkilində ittiham olunublar. İlqar Məmmədov 7, Tofiq Yaqublu isə 5 il müddətinə azadlıqdan məhrum edilib.

Qaynarinfo.az