İdman 18:29 24.11.2014

İlqar Məmmədovun səhhəti yaxşılaşır

"İlqar Məmmədovun durumu yaxşılaşır"

Qaynar.info xəbər verir ki, məlumatı REAL hərəkatının icra katibi Natiq Cəfərli deyib.

Natiq Cəfərlinin sözlərinə görə, REAL Hərəkatının müraciətindən sonra Ombudsman Aparatının əməkdaşı Vüqar Məmmədov 2 saylı cəzaçəkmə müəssisəsində sədrimiz İlgar Mammadovla görüşərək, məlumat yayıb: "İlqar Məmmədovun müalicəsi 2 saylı həbsxananın tibb məntəqəsində davam edir. Onun durumu yaxşılaşır, hərarəti aşağı düşüb. İ.Məmmədov antibiotiklərin təsirsizliyindən gileylənirdi. Bizim mütəxəssislər də ona yeni müalicə yazıb. Onun bronxları soyuqlasa da, indi vəziyyəti düzəlməkdədir: Tibb məntəqəsində onun 10 gün müalicəsi nəzərdə tutulurdu. Əlavə 2-3 gün reabilitasiyada qalmasını da rəhbərlikdən xahiş etdik".

2013-cü il martın 17-də  Şəki Ağır Cinayətlər Məhkəməsi 18 nəfəri İsmayıllı iğtişaşlarında iştiraka və onların təşkilinə görə cinayət məsuliyyətinə cəlb edib. ReAl hərəkatının lideri İlqar Məmmədov 7 il müddətinə azadlıqdan məhrum edilib. Bu il sentyabrın 24-də Şəki Apellyasiya Məhkəməsi İlqar Məmmədovun  barəsindəki hökmü qüvvədə saxlayıb.

Amnesty İnternational İ.Məmmədovu “vicdan məhbusu” elan edib.

Elkin Xəlilov
Qaynar.info