Ötən ilin may ayında narkotik ittihamı ilə həbs edilən İlqar Rzayev bu gün saxlandığı 14 saylı Cəzaçəkmə Müəssisəsindən azad edilib.
Azadliq.info-nun məlumatına görə, İ.Rzayev mayın 7-də qəbul olunan Amnistiya Aktına əsasən azad olunub.
Xatırladaq ki, İlqar Rzayev Qış bulvarı deyilən ərazidə evləri sökülən sakinlərdən biridi. O və anası Şirinbacı Rzayeva evlərinin sökülməsinə ailəliklə etdikləri etiraza, eləcə də müxalifətin kütləvi aksiyalarına qoşulduqlarına görə hakimiyyətin hədəfinə gəlib. İlqar Rzayev guya evlərində narkotik maddə tapıldığı üçün həbs edilmişdi.
Şərhlər