"Bütün çimərliklərə məsul şəxslər cəlb olunub. Çimərlik operatorları virusun qarşının alınması üçün lazımi tədbirlər həyata keçirəcəklər".
Qaynarinfo xəbər verir ki, bunu Operativ Qərargahın brifinqində Bakı şəhər İcra Hakimiyyəti başçısı Aparatının rəhbəri Elgin Həbibullayev deyib.
O bildirib ki, bütün çimərliklərdə məlumatverici lövhələr quraşdırılıb:
"6 çimərlik hazır vəziyyətdə gətirilib. Yazılı məlumatlarla yanaşı səs gücləndirici vasitələrlə hər 20 dəqiqədən bir vətəndaşlara müvafiq məlumatlar veriləcək.
E. Həbibullayev çimərliklərdə insanlara səsli şəkildə də bəzi təlimatların çatdırılacağını deyib. O bildirib ki, sosial məsafənin qorunması üçün işarələrdən istifadə olunub:
"Əsas məsələ dezinfeksiya işlərinin aparılması və məişət tullantılarının vaxtlı-vaxtında daşınmasıdır. Artıq tibbi maskaların atılması üçün tam ayrı konteynerlər quraşdırılıb. Müvafiq dövlət qurumları tərəfindən bütün lazımı tədbirlər görülür. Əsas iş isə vətəndaşların üzərinə düşür”.
Şərhlər