Ölkə 10:42 21.10.2018

İmişlidə meşə sahəsi rəisinin meyiti tapıldı

Səhər saatlarında İmişli rayonunun Şahverdilər kəndi ərazisində kişi cəsədi aşkarlanıb.
 
Qaynarinfo "Report"a istinadən xəbər verir ki, meyitin əslən rayonun Oruclu kəndindən olub, Rəsullu kəndində yaşayan Aslanov Ağabala Əşrəf oğluna aid olduğu müəyyənləşib.

İlkin məlumata görə, meşə sahəsinin rəisi işləyən A.Aslanov bir müddət olardı ki, ürək xəstəliyindən əziyyət çəkirmiş.

Hadisə yerinə hüquq-mühafizə orqanları cəlb olunub. Hazırda ərazidə müayinə işləri aparılır.
 
Bundan əvvəl İmişli sakininin iki nəfəri güllələdiyi xəbər verilmişdi.