Xəbər lenti

İmkansız ailələrin uşaqları üçün
Ölkə 17:55 09.11.2017

İmkansız ailələrin uşaqları üçün "Bir Təbəssüm Bir Ümid" layihəsi

Hər il keçirilməsi nəzərdə tutulan "Bir Təbəssüm Bir Ümid" layihəsi uşaqlarla bağlı xeyriyyə aksiyasıdır. Aksiyanın keçirilməsində məqsəd bir çox uşaqların ailələrinin maddi vəziyyəti aşağı olması səbəbindən məktəbə gedə bilməməsinin və buna görə də onların təhsillərindən geri qalmalarının qarşısını az da olsa alıb, təhsil almalarına dəstək göstərməkdir. 

Aksiyaya hər bir şəxs oxumadığı, istifadə etmədiyi müxtəlif kitab, dəftər, qələm, çanta, karandaş və s. kimi hər bir məktəbliyə ehtiyac ola biləcək ləvazimatlarla dəstək ola bilər. Həmçinin, istifadə etmədiyiniz geyimlər, məktəbli geyimləri, oyuncaqlar və s. ilə də aksiyaya dəstək ola bilərsiniz. 

Aksiya ilə hər bir məktəblinin təhsil almasına, valideynlərinin onları oxutmalarına imkanları çatmadığına görə məktəbdən məhrum olmamalarına dəstək göstərmək və məktəblilərə lazım olan hər bir ləvazimatlarla uşaqları təmin etməyə çalışılacaq.

Aksiyaya şirkətiniz, universitetiniz (qrup), təşkilatınız və ya məktəbiniz adından da qoşula bilərsiz.

Aksiya noyabr ayından başlayaraq mart ayına qədər davam edəcək. Sonda isə aksiya çərçivəsində yığılan ləvazimatlar xüsusi avtomobillə kəndlərə aparılacaq.

Əlaqələndirici şəxs: Tahirə Novruzova (051 576 49 30)
Dizayner: Asif Mustafayev

Qeyd edək ki, "Bir Təbəssüm Bir Ümid" bu il Qubanın Buduq kəndində olub. Aksiya haqqında ətraflı məlumatı Farfalla Organization səhifəsindən və qrupdan əldə edə bilərsiz.
 
 


Qaynarinfo.Az

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->