Sağlamlıq 13:08 13.01.2022

İmmunoloq: “Omikron” koronavirus pandemiyasının sonu olacaq”

Koronavirus tezliklə başqa bir populyasiyaya keçəcək. 

Qaynarinfo xəbər verir ki, immunoloq Vladislav Jemçuqov TASS-a bu haqda proqnoz verib və gəmiricilərin belə ola biləcəyini irəli sürüb.

Onun sözlərinə görə, covid "yeni sahib axtarır, çünki insanlar arasında kollektiv immunitet o səviyyəyə çatıb ki, virus artıq onların üzərində çoxala bilmir".
Jemçuqov hesab edir ki, koronavirusun yeni ştammı "omikron" pandemiyanın sonu olacaq və təbii peyvənd rolunu oynaya biləcək. "O, güclü şəkildə yayılır, bütün yeni mutasiyalara qarşı çox yüksək keyfiyyətli immunitet yaradır və ölümcüllük dərəcəsi olduqca aşağıdır, yəni praktiki olaraq sağlam insanları öldürmür. Bundan istifadə etmək lazımdır, amma ağılla”, - ekspert izah edib.

Bir gün əvvəl Qamaleya Mərkəzinin rəhbəri Aleksandr Ginzburq Moskvada koronavirusa yoluxma hallarının 30%-ə qədərinin məhz "Omikron” olduğunu deyib.
Bir qədər əvvəlsə Jemçuqov bildirmişdi ki, xəstələr "Omikron”u "Delta”dan daha asan keçirirlər, lakin ölüm də mümkündür. Bu, müşayiət olunan xəstəliklərin olmasından asılıdır.
 
Alpər