Dünya 18:37 17.08.2018

İmran Xan Pakistanın yeni baş naziri seçildi

İmran Əhməd Xan Niyazi Pakistanın yeni baş naziri seçilib.

Qaynarinfo xəbər verir ki, Pakistan Milli Məclisində keçirilən seçkidə Pakistan Ədalət Hərəkatının lideri İmran Xan ölkənin 22-ci baş naziri seçilib. 342 yerlik məclisdə İmran Xan 176 səs, onun rəqibi Pakistan Nəvaz Müsəlman Liqasının lideri Şahbaz Şərif isə 96 səs toplaya bilib. 

Qeyd edək ki, baş nazir seçilmək üçün azı 172 səsə sahib çıxmaq lazımdır.

Gülşən