Foto 16:46 05.07.2021

Çin kosmonavtları ilk dəfə açıq kosmosa çıxdı (FOTO/VİDEO)

Çin tədqiqatçıları son 13 ildə ilk dəfə açıq kosmosa çıxıblar. 

Qaynarinfo xəbər verir ki, bu haqda Çin Mərkəzi Televiziyasının verdiyi məlumatda deyilir.

Taykonavtlar Lyu Bomin və Tan Hunbo tandemi inşa edilən Tiangong-3 orbital stansiyasının xaricində iş aparıb.

Astronavtlar "Tyanhe”nin əsas modulunun qarşısında robot qolu və panoramik kamera quraşdırmala məşğul olublar.

"Şençjou-12” missiyasının digər iştirakçısı, gəmi komandiri Ne Hayşen modulda qalaraq köməkçi işləri yerinə yetirib.

Çin "Çançjen 2 ° F” raketindən istifadə edərək 17 iyun tarixində üç ekipaj üzvü ilə "Şençjou” kosmik gəmisini "Tyanqun 3” stansiyasına göndərib.
Xatırladaq ki, 2008-ci ildə Çjay Çjiqan kosmosa çıxan ilk Çin astronavtı olub. O, Yerdən 343 km yüksəklikdə "Şençjou-7” kosmik gəmisinin xaricində 15 dəqiqə keçirib. Havasız kosmosdan transliyasiya edərkən taykonavt Çin bayrağını dalğalandırıb.

Alpər