Dünya 12:16 14.11.2019

Çin Marsa göndəriləcək kəşfiyyat vasitəsini sınaqdan keçirdi

Çin Milli Kosmik Administrasiyası Hebey əyalətində Marsa eniş etmək üçün nəzərdə tutulan cihazın sınağını həyata keçirib.

Qaynarinfo Reuters-ə istinadən xəbər verir ki, sınaq prosesi Çinin 2020-ci il Mars missiyasına hazırlıq məqsədi daşıyır. Kosmik vasitə "Long March 5" raketi vasitəsilə Marsa göndəriləcək və səfər 7 ay çəkəcək.

Qeyd edək ki, Çin bu ilin sonlarında "Chang’e-5" kosmik vasitəsini Aydan qaya nümunələri gətirmək üçün yola salacaq.

Gülşən