Ekonomiks 00:19 25.03.2019

Çin Pakistana 2.1 milyard kredit ayırdı

Çin Pakistan iqtisadiyyatına 2,1 milyard dollar kredit ayırıb.

Qaynarinfo xəbər verir ki, məqsəd ölkə iqtisadiyyatının dirçəldilməsinə, valyuta ehtiyatlarının gücləndirilməsinə və ödəmə balansının sabitliyini qorumağa nail olmaqdır.

Kreditin verilməsi ilə bağlı bütün prosedur öhdəliklər yerinə yetirilib. 

Pakistan bundan əvvəl Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin hər birindən təxminən bir milyard dollar həcmində kredit alıb.