Texnologiya 17:43 24.12.2018

Çin tarixdə ilk dəfə ABŞ-ı keçdi

Kosmos yarışına ABŞ və Rusiyadan sonra qatılan Çin trixdə ilk dəfə birinci olub.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, 2018-ci ildə Çin ABŞ və Rusiyanı geridə qoyaraq, kosmosa ən çox səfər təşkil edən ölkə olub.

Belə ki, Çin bu il ərzində kosmosa ümumilikdə 37 səfər gerçəkləşdirib. ABŞ 29 səfərlə ikinci, Rusiya isə 19 səfər təşkil etməklə üçüncü olub. Avropa Kosmos Agentliyi 8, Hindistan 7, Yeni Zelandiya 3, Ukrayna isə kosmosa 2 roket göndərib. 
 
Çin bu il göndərdiyi roketlər sayəsində qlobal təhlükəsizlik sistemini daha da möhkəmləndirib, həmçinin mülki və hərbi kəşfiyyat peyklərinin sayını artırıb. Bu il Çinin kosmosdakı ən önəmli fəaliyyəti Ayın görünməyən tərəfinə raket göndərməsi olub. Bu ilin yanvarın 7-də göndərilən Change-4 kosmik aparatı gələn ilin yanvar ayının əvvəlində mənzilə çatacaq. Bununla da Çin Ayın görünməyən tərəfinin fotosunu çəkən ilk ölkə olaraq tarixə keçəcək.

Qeyd edək ki, həmçinin Çin 22 dekabrda da ilkə imza ataraq kosmosa geniş şəbəkəli internet və əlaqə xidməti təmin edəcək Hongyun kosmik layihəsi olan Hongyun-1 peykini fəzaya göndərib. Bu ilin sonuna qədər Çin daha iki peykini kosmosa göndərəcək.