Dünya 22:00 15.05.2019

Çin və Rusiya nüvə sahəsində əməkdaşlığa dair 17 milyardlıq müqavilə imzaladı

Çinin Milli Nüvə Təşkilatı (”China National Nuclear Power”) Rusiyanın "Atomtikintiixracat” ("Rosatom”a daxil olan "Atomstroyeksport”) şirkəti ilə 17,02 milyard dollarlıq müqavilə imzalayıb.

"Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Şanxay Fond Birjası məlumat yayıb.

Bildirilib ki, tərəflər bu müqaviləni "Sudapu” Atom Elektrik Stansiyasının "NN3-4” bloku üzrə imzalayıblar.

Enerji blokunun tikintisinə 2021-ci ilin oktyabr və 2022-ci ilin avqustunda başlanılacağı planlaşdırılıb.