Sənət 10:56 26.09.2016

İncəsənət əsərləri kolleksiyası toplayan milyarderlər - FOTOLAR

İncəsənət əsərləri kolleksiyası toplayan milyarderlər


Elə milyarderlər var, onlar həm də kolleksiyaçı kimi məşhurdurlar - dünyanın ən bahalı incəsənət əsərləri onların kolleksiyasındadır. Balzak deyirdi ki, əsas məsələ pul qazanmaq yox, onu necə xərcləməkdir. Bu milyarderlər də incəsənət əsərlərinə xərclədikləri milyardlarla bu deyimin ən uğurlu örnəkləridir. 


Məşhur Rusiyalı milyarder Roman Abromoviç Frensis Bekonun "Üç tablo"suna 86,3 milyon dollar xərcləyib. 


2008-ci ildə "Sotheby’s" hərracında milyarder Roman Abromoviç görkəmli rəssam Frensis Bekonun "Üç tablo"sunu 86.3 milyon dollara alıb. Şəkil 1976-cı ildə çəkilib. 

Abromoviç kolleksiyasını 1990-cı illərdən etibarən toplamağa başlayıb. O əvvəlcə, XVII-XVII əsrlərə aid rəsm əsərləriylə maraqlanıb, sonra isə 20-ci əsr rəssamlığına meyl edib. 2000-ci illərdən isə oliqarx qalereya, sərgi və hərraclarda daha tez-tez görünməyə başlayıb. 

Təsdiq olunmayan məlumatlara əsasən, biznesmenin ixtiyarında 100 milyon dollardan çox məbləğ ödənilməklə alınan Alberto Cakomendi və Pablo Pikasso kimi rəssamların tabloları da var. Ancaq bu məlumatlar rəsmən təsdiqlənməyib. Ancaq ekspertlər Abromoviçin kolleksiyasına daxil olan sənət əsərlərinin ümumi məbləğini 1 milyard dollar ətrafında qiymətləndirirlər. 

Bdzina İvanişvili Pikassonun əsərinə 95.2 milyon dollar ödəyib. 

Gürcüstanın keçmiş baş naziri, xeyriyyəçi, "Metalloinvest" şirkətinin rəhbəri Bdzina İvanişvili 2006-cı ildə "Sotheby’s" hərracında Pablo Pikassonun "Dora Maar pişiklə" əsərinə 95.2 milyon dollar ödəyib. 

Biznesmen 2000-ci illərdən bəri kolleksionerliklə məşğul olur. Onu hərrac keçirilən zallarda görmək mümkün deyil, o, naməlum qalmağa üstünlük verir, təbii olaraq da aldıqlarını reklam eləmir. Həmçinin Bdzina İvanişvili haqda həm də o məlumdur ki, tarix boyu ən bahalı qiymətə satılmış incəsənət əsərlərin Top-10-luğuna daxil olan bir əsər onun kolleksiyasındadır. Bdzina İvanişvilinin Gürcüstanda da kolleksiya toplamaqla məşğul olur. Xeyriyyəçiliklə ad çıxaran iş adamı gürcü incəsənət nümayəndələrinə, elm və mədəniyyət adamlarına, xüsusilə gənclərə xeyriyyəçilik etməklə məşğul olur. O tez-tez gürcü rəssamlarının, heykəltaraşlarının əsərlərini alıb kolleksiyasında saxlayır. 

Faberjin pasxa yumurtaları 

Faberjin dünya üzrə şəxsi kolleksiyasının əhəmiyyətli qismi Vekselberqə məxsusdur

2004-cü ildə "Sotheby’s" hərrac evində 250 milyon dollara alınan Faberjin 10 pasxa yumurtası milyarder Viktor Vekselberqin kolleksiyasında qorunur. Əvvəllər bu incəsənət əsərləri "Forbes" nəşrinin varisi Malkolm Forsbda idi. Oliqarxın kolleksiyasında ümumilikdə 700 sənət əsəri nümunəsi var, həmçinin Faberjin dünya üzrə şəxsi kolleksiyasının əhəmiyyətli qismi. 

Həmçinin İsaak Levitanın, İvan Ayvazovun, Konstantik Korovinin və digər rus klassik rəssamlarının əsərləri onun kolleksiyasındadır. Kolleksiyanın ümumi dəyəti 800 milyon dollar həcmində qiymətləndirilir. 

Tərcümə: Cavid Ramazanlı

Qaynarinfo.Az