Dünya 18:30 13.09.2018

Bir qab yemək restorana 190 milyon dollara başa gəldi

Çində fəaliyyət göstərən restoranlar şəbəkəsi "Xiabu Xiabu" 1 qab yeməyə görə 190 milyon dollar zərərə uğrayıb.

Qaynarinfo xəbər verir ki, restoran idarəçiləri yeməyindən ölü siçan balası çıxan hamilə qadına 750 dollar pul təklif edib. Əgər uşağın səhhətində problem yaransa, abort üçün 3 min dollar da ödəyəcəklərini də bildirib. Lakin bu hadisə ilə üzləşən ailə siçanın fotosunu çəkərək "Veybo" sosial şəbəkəsində paylaşıb. 

Çində 759 şöbəsi olan "Xiabu Xiabu" hadisənin yaşandığı restoranı bağlamaq məcburiyyətində qalıb və ümumilikdə 190 milyon dollar zərərə uğrayıb. 

Gülşən