Dünya 19:36 20.07.2013

Çində də əhali ayağa qalxdı

Yüzlərlə nümayişçi yerli hökumət binaları qarşısında yürüş edib.

Çində ətraf mühitin qorunması problemləri növbəti dəfə etiraz aksiyasına səbəb olub. Quanqjou şəhərində hökumətin tullantıları məhv edən soba tikmək planları böyük etiraza səbəb olub. Yüzlərlə nümayişçi yerli hökumət binaları qarşısında yürüş edib. Aksiya zamanı polislə etirazçılar arasında toqquşma baş verib, toqquşma zamanı 1 etirazçı xəsarət alıb. Yerli medianın məlumatına görə, sakinlərin hiddətinə rəhbərliyin Şilinq rayonunda nəhəng sobanı tikməsini planlaşdırması səbəb olub. 

Bu aksiya Çində əhalinin sağlamlığa və ətraf mühitə zərərli saydığı hökumət layihələrinə qarşı çıxdığı ilk belə insident deyil. Ötən həftə Yianqmin şəhərində yüzlərlə insanın küçələrdə etiraz etməsindən sonra, hökumət nüvə obyektinin tikintisi haqqında planlara xitam verib. 

Qaynar.info