Foto 09:25 22.03.2019

Çində kimyəvi zavodda partlayış: azı 47 ölü, 600-dən çox yaralı var (FOTOLAR)

Çinin Yançen şəhərində yerləşən Tyançayi kimyəvi zavodda partlayış meydana gəlib.

Qaynarinfo Guardian-a istinadən xəbər verir ki, hadisə nəticəsində azı 47 nəfər həlak olub, 600-dən çox yaralı var. Zavodda partlayışdan sonra baş verən yanğın yaxınlıqdakı digər fabrik və tikililərə də keçib. Partlayış nəticəsində ərazidə yerləşən baxçadakı uşaqlar da xəsarət alıb. 

Əraziyə onlarla tibbi yardım maşını və təhlükəsizlik əməkdaşı cəlb edilib.
Hadisənin səbəbi araşdırılır.

Gülşən