Dünya 12:38 06.06.2018

Çində mədən qəzası: 11 ölü, 9 yaralı, 2 itkin

Çinin Liaoninq əyalətində dəmir mədənində baş verən qəzada 11 nəfər dünyasını dəyişib.

Qaynarinfo xəbər verir ki, partlayış nəticəsində 9 nəfər yaralanıb, 23 nəfər xilas edilib, 2 nəfərdən isə xəbər yoxdur. Yaralıların 5-inin vəziyyəti ağırdır.

Ərazidə xilasetmə tədbirləri həyata keçirilir.

Qeyd edək ki, hadisə quyu açmaq üçün istifadə edilən dinamitlərin partlaması nəticəsində meydana gəlib.

Gülşən