Çində məscidlər sökülür (VİDEO)

Çində məscidlər sökülür (VİDEO)

Çinin Sincan əyalətinin qərbində məscidlər kütləvi şəkildə sökülür.

Qaynarinfo xəbər verir ki, bu barədə BBC-nin Çindəki müxbri Con Sadvorz iddia ilə çıxış edib. 2017-2019-cu illərə aid peyk təsvirlərini təhlil edən müxbir Aitika məscidinin tamamilə söküldüyünü aşkarlayıb, lakin onu tikinti yerinə buraxmayıblar.

Sadvorz bildirir ki, 2015-ci ildə Kah məscidi ətrafında saqqal saxlayan müsəlmanlar olurdu, indi isə ibadətə gələnlərin sayı kəskin azalıb, həmçinin bütün kişilər təraş olunur. 

İddiaya görə, müsəlmanların kompakt yaşadığı ərazilər sökülür.

Çin hökuməti isə hər hansı dinlə yox, dini ekstremizmlə mübarizə apardığını bildirir.

Gülşən
XƏBƏRLƏR
BLOGLAR