Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu koronavirusla bağlı Çində qalan azərbaycanlılarla bağlı danışıb.
Qaynarinfo modern.az-a istinadən xəbər verir ki, bu barədə açıqlamanı Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Qlobal Jurnalistlər Konseyinin toplantısında məsələni diqqətdə saxladıqlarını deyib:
"Virus yayılan bölgədə 7 azərbaycanlının olması barədə məlumatımız var. Yaxın vaxtlarda Türkiyədən Çinə təyyarə gedəcək və orada qalan Türkiyə vətəndaşlarını gətirəcək”.
Çavuşoğlu qeyd edib ki, azərbaycanlı tələbələr də Türkiyə təyyarəsi ilə gətiriləcək:
"Artıq məlum məsələ ilə bağlı Rəcəb Tayib Ərdoğanla danışmışam və Azərbaycan tərəfinə də bu barədə məlumat verilib. Orada qalan azərbaycanlı tələbələr Türkiyə təyyarəsi ilə gətiriləcək”.
Şərhlər