Dünya 12:02 20.05.2019

Çində tavan uçdu: 1 ölü, 77 yaralı var

Çinin "Baise" şəhərində yerləşən gecə klubunun tavanı çöküb.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, axtarış-xilasetmə tədbirlərinə 160 nəfər cəlb edilib. Hadisə zamanı 1 nəfər ölüb, 77 nəfər yaralanıb. 

Sahəsi 700 kvadrat metr olan klubda xilasetmə işləri davam etdirilir.

Gülşən