Sağlamlıq 14:42 18.04.2019

Çində xəstədən 7 kq şiş götürüldü

Çində həkimlər xəstənin kürəyindən təxminən 7 kq şiş çıxarıb.

Qaynarinfo İzvestiya.ru-ya istinadən xəbər verir ki, Tan adlı həmin şəxs şişlə 30 ildən çox yaşayıb. Artıq hissənin uzunluğu 85 sm, eni isə 65 sm olub. Həkimlər təhlükəli əməliyyatdan imtina etsələr də, daha sonra buna məcbur olublar.

Şişin çıxarılması 33 saat davam edib. Proses zamanı xəstə çoxlu qan itirib və ölüm təhlükəsi ilə üzləşib. Lakin 4 gün sonra onun vəziyyəti yaxşılaşıb.

Gülşən