Dünya 15:58 26.03.2019

Çindən "Boeing"ə növbəti zərbə

Çin hökuməti "Boeing" şirkəti əleyhinə növbəti qərarı qəbul edib.

Qaynarinfo xəbər verir ki, Çin "Boeing"in əsas rəqibi "Airbus" a 290 ədəd "A320", 10 ədəd "A350" təyyarəsi sifariş verib. Sifarişin ümumi dəyərinin 35 milyard dollar olduğu bildirilir. 

Qeyd edək ki, 10 martda Efiopiyada "Boeing 737 Max" təyyarəsi qəzaya uğrayıb. Hadisədən sonra bu model təyyarələrin təhlükəsizliyi məsələyə gündəmə gəlib və Çin 300-dən çox "737 Max" sifarişini ləğv edib. 

Gülşən