Dünya 20:15 05.08.2018

İndoneziyada zəlzələ nəticəsində 16 nəfər ölüb: sunami təhlükəsi (YENİLƏNİB)

İndoneziyanın Lombok adasında baş verən 7 bal gücündə zəlzələ nəticəsində 16 nəfər həlak olub.

Qaynarinfo xəbər verir ki, çox sayda yaralının olduğ bildirilit. Adada sunami təhlükəsi elan olunub.
 
***16.33

İndoneziyada 7 bal gücündə şiddətli zəlzələ baş verib.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, Lombok adasında qeydə alınan zəlzələdən sonra sunami xəbərdarlığı edilib. Tələfat barədə məlumat yoxdur.

Qeyd edək ki, İndoneziya seysmik cəhətdən dünyanın ən aktiv ərazilərindən biridir. Ötən günlərdə də Lombok adasında zəlzələ müşahidə edilmişdi.

Gülşən