Dünya 12:14 30.07.2018

İndoneziyada ölü sayı 16-ya çatdı: 266 nəfər xilasını gözləyir

İndoneziyanın Lombok adasında baş verən 6,4 bal gücündə zəlzələ qurbanlarının sayı 16 nəfərə çatıb.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, zəlzələ zamanı gəzintiyə çıxan 500 nəfər xilas edilib, daha 266 nəfərin xilasını gözlədiyi bildirilir. Həmin şəxslər yollarda yaranan dağıntılar və torpaq sürüşmələrinə görə olduqları yerləri tərk edə bilmir.
 
Xilasetmə prosesinə helikopterlər cəlb edilib.

Gülşən