Dünya 09:55 19.08.2018

İndoneziyada növbəti güclü zəlzələ

İndoneziyanın Lombok adasında 6,3 bal gücündə zəlzələ baş verib.

Qaynarinfo xəbər verir ki, yerin 7,9 km dərinliyində qeydə alınan təkanın nəticələri barədə hələlik məlumat yoxdur.

Qeyd edək ki, ötən həftə Lombokda baş vermiş zəlzələ 400-dən çox insanın həyatına son qoymuşdu.

Gülşən