Dünya 12:37 24.09.2018

İndoneziyada vulkan püskürür

İndoneziyanın Lampunq əyalətində Anak Krakatau yanardağında partlayışlar davam edir.

Qaynarinfo xəbər verir ki, ötən həftənin cümə günündən bəri aktivlik müşahidə edilən yanardağda 3 gün ərzində 44 partlayış qeydə alınıb. Ətrafa yayılan dumanın hündürlüyü 200 metrə qədər çatır.

Ətraf ərazilərdə yaşayan sakinlərə təhlükəsizlik səbəbilə xəbərdarlıq edilib.
 
Gülşən