Dünya 10:50 05.06.2018

İnək oğruları kəndə hücum etdi: 23 nəfər öldürüldü

Nigeriyanın Zamfara əyalətində inək oğruları kəndə hücum edib.

Qaynarinfo BBC-yə istinadən xəəbr verir ki, Zanoka kəndinə gələn oğrular kəndlilərə atəş açıb, evlərə od vurublar. Nəticədə 23 nəfər dünyasını dəyişib. 

Ərazidə son 7 ildə 10 mindən çox inək oğurlanıb. 

Nigeriyada inək oğrularının öldürdüyü insanların sayı "Boko Haram" terror təşkilatının törətdiyi qətllərdən daha çoxdur. Təhlükəsizlik qüvvələri belə hücumlar qarşısında acizdir. 

Ölkədə adam qaçırtma hadisələri də tez-tez yaşanır. May ayından bəri Zamfara əyalətində 2 gündə 100-dən insan oğurlanıb.

Gülşən