Ekonomiks 11:15 18.02.2019

İngilis şirkəti "Brexit"ə görə müflis oldu

İngiltərənin "Flybmi" aviaşirkəti "Brexit" səbəbilə iflas müraciəti edib. 

Qaynarinfo xəbər verir ki, "British Midland Regional Limited" kimi tanınan şirkət bütün səfərləri ləğv edib və müştərilərin ödənişlərini geri ala biləcəklərini açıqlayıb. Belə bir addımın səbəbi kimi iqtisadi qeyri-müəyyənlik göstərilib.

17 təyyarə ilə 25 fərqli əraziyə səfər təşkil edən "Flybmi" ötən il 29 min uçuş həyata keçirib və 522 min sərnişinə xidmət göstərib. 

Qeyd edək ki, 29 martda "Brexit" prosesi yekunlaşacaq və Böyük Britaniya Avropa İttifaqını tərk edəcək.

Gülşən