Sənət 12:37 27.04.2019

İngiltərə çempionatında qalmaqal: futbolçular meydana çıxmadı

İngiltərə Çempionşipində xoşagəlməz hadisə baş verib.

Qaynarinfo xəbər verir ki, bu gün keçirilməli olan "Bolton” - "Brentford” oyunu baş tutmayacaq. Buna səbəb "Bolton” futbolçularının meydana çıxmaqdan imtina etməsi olub.

Belə ki, klub bir müddətdi futbolçuların maaşlarını ödəyə bilmir. Komanda üzvləri isə maaşları ödənilməyənə qədər meydana çıxmayacaqlarını açıqlayıblar. Oyunla bağlı İngiltərə Futbol Asossiyasının İntizam Komitəsi qərar verəcək.

Qeyd edək ki, mövsüm başa çatmadan "Bolton"un aşağı liqaya düşməsi rəsmiləşib. Komanda 44 oyundan sonra 32 xalla 23-cü pillədə qərarlaşıb.