İdman 19:19 11.05.2020

İngiltərə hökuməti Premyer Liqanın bərpasına icazə verdi

İngiltərə hökuməti iyunun 1-dən ölkədə bütün idman yarışlarının bərpasına icazə verib.

Qaynarinfo "Sky Sports"a istinadən xəbər verir ki, Premyer Liqa həmin tarixdən qaldığı yerdən davam edə bilər. 

Amma oyunlar azarkeşsiz keçiriləcək. Fanatların tribunalara qayıdışına isə yalnız koronavirusun vaksini tapıldıqdan sonra icazə veriləcək.