İdman 13:03 29.08.2020

İngiltərə klubu rekord məbləğə transfer etdi

İngiltərə Premyer Liqasına vəsiqə qazanan "Lids" yeni transferini açıqlayıb. 

Qaynarinfo klubun rəsmi saytına istinadən xəbər verir ki, debütant "Valensiya"dan Rodriqo Morenonu transfer edib. 29 yaşlı ispan hücumçu ilə 4 illik müqavilə imzalanıb. 

İngiltərə mediasının məlumatına görə, "Lids" qarşı tərəfə 30 milyon avro ödəyib. Bu klub tarixinin ən bahalı transferi olub. 

Qeyd edək ki, Rodriqo Moreno 2019/20 mövsümündə "Valensiya"nın heyətində 34 oyun keçirib, 7 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb.