Türkiyənin "Qalatasaray" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Qaynarinfo İstanbul təmsilçisinin tvitter səhifəsinə istinadən xəbər verir ki, "Sarı-qırmızılar" İngiltərənin "Brentford" komandasından 22 yaşlı hücumçu Halil Dervişoğlunu icarəyə götürüb.
Türkiyənin U-21 yığmasının da formasını geyinən gənc forvard mövsümün sonunadək "Qalatasaray"da çıxış edəcək. Futbolçu 3 milyon lirə maaş alacaq.
Qeyd edək ki, Halil Dervişoğlu Niderlandın "Sparta" klubunun yetirməsidi. Futbolçu 2020-ci ildə 3 milyon avroya "Brentford"a transfer olunub və ötən il "Tvente"yə icarəyə verilib.
Şərhlər