Ekonomiks 17:06 19.08.2019

İngiltərə neft, qida və dərman böhranı ilə üzləşəcək (İDDİA)

Hələ də həllini tapmayan "Brexit" məsələsini həll etməyə çalışan İngilətərə hökumətinin "Anlaşmasız Brexit" ssenarisi mediaya sızıb.

Qaynarinfo xəbər verir ki, "Sunday Times" qəzetində yayınlanan sənədə görə İngiltərəni bir çox sahədə xaos gözləyir. 

"Sarı çəkic əməliyyatı" başlıqlı sənəddə "Brexit"in anlaşmasız reallaşacağı halda ölkənin qarşılaşacağı böhranlar göstərilir. Gözlənilən xaosun birincisi Böyük Britaniyanın bir hissəsi olan Şimali İrlandiya ilə İrlandiya Respublikası arasında bölgədəki etirazlara səbəb olacaq bir fiziki sərhədin qurulmasıdır.

İkinci ssenari neftlə bağlıdır. Sənədə görə, Avropa Birliyi sərhədlərində gömrük gecikmələri, ölkəyə neftin gəlməsinə mane olacaq.

Üçüncü ssenariyə görə, İngiltərəyə daxil olan dərmanların 3/4-nün xaricdən gəlməsi nəzərə alınarsa, dərmanların tədarükü uzunmüddətli gecikmələrə səbəb olacaq. Bu vəziyyət epidemiyalara qarşı mübarizəni çətinləşdirəcək.

Digər tərəfdən "Brexit" payıza təsadüf edir ki, bu da qida istehsalının qıt dövrüdür. Nəticədə qiymətlər daha da artacaq və bu kasıb əhalinin etirazına səbəb olacaq. 

Bütün bunları nəzərə alan hökumət "Brexit"in qarşısını almaq üçün müxtəlif yollara əl atır. 

Nərmin Həsənli