Dünya 09:10 06.11.2019

İngiltərə parlamenti buraxıldı

İngiltərə parlamenti buraxılıb.

Qaynarinfo xəbər verir ki, bu barədə İcmalar Palatası məlumat yayıb. 12 dekabrda planlaşdırılan növbədənkənar seçkilərlə əlaqədar İcmalar Palatası, həmçinin Lordlar Palatasının qanunvericilik fəaliyyəti dayandırılıb. 

Qeyd edək ki, İngiltərədə "Brexit"in labirintə düşməsi ilə əlaqədar növbədənkənar seçkilər elan edilib. Ölkənin 31 yanvarda Avropa İttifaqını tərk etməsi gözlənilir.

Gülşən