Ekonomiks 18:58 15.08.2019

İngiltərə şirkəti Azərbaycandakı filialını bağladı

İngiltərənin "Hermes Datacommunications International Ltd" şirkəti Azərbaycandakı filialını bağladığını elan edib.

APA-nın Vergilər Nazirliyinə istinadən verdiyi məlumata görə, kreditorlar 2 ay ərzində tələblərini AZ1102 Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsi, ev 15, mənzil 1 ünvanına bildirə bilərlər.

Qeyd edək ki, bu şirkət neft və qaz sənayesində rabitə və şəbəkə xidmətləri göstərib.