İdman 22:24 29.08.2020

İngiltərə Super Kubokunun qalibi bəlli oldu

Futbol üzrə İngiltərə Superkubokunun qalibi müəyyənləşib.

Qaynarinfo xəbər verir ki, "Uembli” stadionunda İngiltərə çempionu "Liverpul”la "Arsenal” üz-üzə gəlib.

Qarşılaşmanın əsas vaxtında qalibi müəyyənləşdirmək mümkün olmayıb - 1:1.

Penalti seriyasında daha dəqiq olan "Arsenal” 5:4 hesabı ilə qalib gələrək Superkuboka sahib çıxıb.