Dünya 12:35 23.01.2018

İngiltərədə həyəcan: 1500 nəfər evakuasiya edildi

İngiltərənin paytaxtı Londonda yerləşən "Charing Cross" metro stansiyasında qaz sızıntısı səbəbilə insanlar evakuasiya edilib.

Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, metro stansiyası ilə bərabər bir otel və gecə klubunda da partlayış ehtimalı var və ümumilikdə 1500 nəfər binalardan çıxarılıb. 

Qaz sızıntısının xaosa səbəb olması barədə xəbərlər paylaşılır. Ərazi nəqliyyata bağlanıb. 

Gülşən