İdman 16:00 06.08.2019

İngiltərənin Premyer Liqa klubu Azərbaycan millisinin üzvünü transfer etdi

İngiltərə Premyer Liqasında çıxış edən "Vulverhempton” klubu Azərbaycan millisinin üzvü Renat Dadaşovu transfer edib.

Qaynarinfo xəbər verir ki, bu barədə "Birmingham Live” portalı məlumat yayıb.

İddia olunub ki, 20 yaşlı hücumçu Portuqliyanın "Eştoril” klubundan "Vulverhempton"a keçib. Lakin Premyer Liqa təmsilçisi onu mövsümün sonunadək Portuqaliya Premyer Liqasında yarışan "Pakuş de Ferreyra”a icarəyə verib.

Transferin məbləği və müqavilənin detalları barədə məlumat verilmir.