Foto 09:24 14.06.2018

İnşaat işçilərinə şort qadağası: mini ətək geyindilər (FOTOLAR)

İngiltərədə inşaat işçilərinə qoyulan şort qadağası qeyri-adi formada boykot edilib.

Qaynarinfo xəbər verir ki, yeni müdir işçilərə şortu qadağan edib, növbəti gün isə onlar mini ətəklə işlərinə davam ediblər. İsti hava və absurd qadağa bu addıma səbəb olub.

45 yaşlı Saymon Mayls bildirir ki, 20 ildir bu işlə məşğuldur, lakin belə qadağa ilə ilk dəfə rastlaşır: "Bazar ertəsi işləməyə başladım və mənə ayaqlarımı örtməli olduğumu dedilər".

29 yaşlı Adam Hodeyre yeni iş geyimi barədə "Onu sevirəm, mənə azadlıq verir" fikrini səsləndirib.

Gülşən