Dünya 16:45 28.03.2018

İnsan bədənində yeni orqan kəşf edildi

ABŞ-da həyata keçirilən tədqiqat nəticəsində insan orqanizmində yeni orqan kəşf edilib.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, Nyu York Universiteti tərəfindən aparılan tədqiqat zamanı "İnterstitium" adlı orqan aşkarlanıb. Bədəndə amortizator funksiyasını yerinə yetirən bu orqan maye ilə dolu şəbəkədir və dəri altında yerləşir. Alimlər xərçəngin bədəni necə ələ keçirdiyini və yayılmasını bu orqanın kəşfi ilə öyrənə bilər.

"Dəri altındakı maye avtoyol" kimi də təsvir edilən bu sistem digər orqan və əzələ sistemi ilə bağlıdır. Bir-biri ilə əlaqəli bölmələrdən ibarət olan orqanda hərəkət halında olan maye təbəqə yerləşib. İnterstitiumun həzm sistemi, ağciyər, sidik yolu, arteriya və damarlar, əzələ ətraflarını əhatə etdiyi bildirilir. Bir qism hissəsi isə ürək, qan damarları, limfa düyünlərində yerləşir.

Qeyd edək ki, bu, bədəndəki ən böyük orqan hesab edilir.

Gülşən