Xəbər lenti

İnsanın səmimi olmadığını bir neçə dəqiqədə necə başa düşmək olar? - 11 üsul açıqlandı
Dünya 21:53 03.04.2026

İnsanın səmimi olmadığını bir neçə dəqiqədə necə başa düşmək olar? - 11 üsul açıqlandı

İnsanların səmimiyyətsizliyini müəyyən etmək asan deyil. Yayğın fikrin əksinə olaraq, səmimiyyətsiz insanlar çox vaxt manipulyasiya sahəsində kifayət qədər bacarıqlı olurlar. Onlar nə etməli və nə deməli olduqlarını yaxşı bildikləri üçün, qarşılaşdığınız ən cazibədar insanlar kimi görünə bilirlər.

Qaynarinfo xəbər verir ki, bu barədə "Your Tango” yazır.

Nəşr qeyd edir ki, xoşbəxtlikdən tədqiqatlara əsasən, bir insanı tanışlıqdan cəmi bir neçə dəqiqə sonra səmimiyyətsiz kimi müəyyən etməyin müəyyən yolları var.

Eyni zamanda vurğulanır ki, bu araşdırmalar 100 faizlik zəmanət vermir. Əgər qarşı tərəfin niyyətindən əmin deyilsinizsə, aşağıdakı əlamətlərə diqqət yetirmək tövsiyə olunur:

1. Söhbəti tez-tez pul və ya status mövzusuna yönəldirlər

Əksər insanlar dostluq münasibətlərini qarşı tərəfin onlara nə verə biləcəyinə görə qurmur. Adətən insanlar ortaq dəyərlərə və emosional yaxınlığa görə əlaqə yaradırlar. Harvard Tibb Məktəbinin professoru, fəlsəfə doktoru Villyam A. Hazeltin bildirib ki, dostlar emosiyalar, diqqət və sosial anlayışla bağlı beyin sahələrində oxşar nümunələrə malik olurlar. Lakin səmimiyyətsiz insanlar çox vaxt qarşı tərəfin maddi vəziyyətini və statusunu qiymətləndirməyə çalışırlar.

2. Davranışları ətrafdakı insanlara görə dəyişir

Hər kəs müəyyən dərəcədə uyğunlaşa bilsə də, şəxsiyyət adətən sabit qalır. Əgər kimsə bir neçə saniyə içində davranışını tam dəyişirsə, bu, şübhə doğura bilər.

3. Tanınmış şəxslərin adını çəkir və ya tez-tez lovğalanırlar

Belə insanlar çox vaxt əlaqələrindən və nailiyyətlərindən danışaraq özlərini ön plana çıxarmağa çalışırlar.

4. Hekayələri bir-biri ilə ziddiyyət təşkil edir

Əgər insanın danışdıqları tez-tez dəyişir və ya detallar uyğun gəlmirsə, bu, səmimiyyətsizliyin göstəricisi ola bilər.

5. Bədən dili dedikləri ilə uyğun gəlmir

Ekspertlər vurğulayır ki, jestlər və mimika sözlərdən daha səmimi ola bilər. Əgər insan bir şey deyir, amma bədən dili başqa şey göstərirsə, bu, diqqət çəkici əlamətdir.

6. Hər dediyinizlə razılaşırlar

Səmimi insanlar hər zaman razılaşmaq əvəzinə, fərqli fikir də bildirə bilirlər. Həddindən artıq razılaşma bəzən qeyri-səmimiliyə işarə edir.

7. Sizə qarşı real maraq göstərmirlər

Söhbət əsasən onların üzərində cəmlənirsə və sizə suallar verilmirsə, bu, marağın süni ola biləcəyini göstərə bilər.

8. Başqaları haqqında mənfi danışırlar

Araşdırmalara görə, qeybət və mənfi danışıq bəzən manipulyasiya və sosial üstünlük qazanmaq vasitəsinə çevrilə bilər. "Your Tango” qeyd edir ki, belə davranışlara ehtiyatla yanaşmaq lazımdır.

9. Tez-tez təsdiq və tərif istəyirlər

Daim başqalarının təsdiqinə ehtiyac duyan insanlar qeyri-sabit və qeyri-səmimi davranış sərgiləyə bilər.

10. Söhbəti gizli şəkildə rəqabətə çevirirlər

Belə insanlar başqalarının uğurlarını kölgədə qoymağa və özlərini daha üstün göstərməyə çalışa bilirlər.

11. Çox tez şəxsi məlumat paylaşırlar

Münasibətlərin çox erkən mərhələsində həddindən artıq şəxsi və emosional məlumatların paylaşılması manipulyasiya əlaməti ola bilər.

Bu əlamətlər insanın niyyətini daha tez anlamağa kömək edə bilər, lakin təkbaşına qəti nəticə çıxarmaq üçün kifayət etmir.

Aydın

--> -->