Video 22:53 25.09.2018

İnsanlar bu keçiddən keçməyə qorxur (VİDEO)

Yeraltı piyada keçidi olmasına baxmayaraq yaxınlıqda yaşayan sakinlər keçiddən yox birbaşa saatda 120 kilometr sürət olan yoldan keçirlər. Sakinləri buna məcbur edən səbəb, natəmiz keçiddə işıqlandırma sisteminin olmamasıdır. Qaradağ rayonu ərazisində yerləşən bu keçiddəki mənzərəni təqdim edirik .

Yüksək sürət olan avtomagistralda külli miqdarda vəsait xərclənərək yeraltı piyada keçidi inşa edilib. Ancaq baxımsızlıqdan keçid yarasız hala düşdüyündən buradan istifadə etmək müşkülə çevrilib.

Bura paytaxtın Qaradağ rayonu, dəmiryolu stansiyasının yaxınlığıdır. Sakinlərin sözlərinə görə, yeraltı keçid bir neçə il əvvəl təmir edilib. Əvvəllər keçidə nəzarət olsa da sonradan baxımsızlıq üzündən keçilməz hala düşüb.

Bununla yanaşı keçidin içərisi natəmiz vəziyyətədüşüb. Bu səbəbdən piyadaların bir çoxu yolun hərəkət hissəsi ilə keçmək məcburiyyətində qalırlar ki,bu da onların həyatı üçün təhlükə yaradır.

Ərazidə yaşayan sakinlər deyir ki, Bakı-Qazax magistralının altında olan həmin keçidə dəfələrlə lampa alıb qoysalar da oğurlayırlar. Hətta keçidin lambirindən olan tavanını belə söküb aparıblar. Sallanmış dəmir parçaları və elektrik naqilləri də əlavətəhlükə yaradır. Sakinlərinin sözlərinə görə, həmin keçiddən 500-dən çox ailə istifadə edir. Onlar çıxış yolu kimi, keçidə təmizlik işçisinin və mühafizəçisinin qoyulmasını tələb edirlər. Məsələ ilə bağlı Avtomobil yolları dövlət agentliyindən xəzər xəbərə bildirildi ki,bir neçə dəfə həmin keçid təmizlənərək orada işqılandırma sistemi qurulub.Ancaq müəyyən şəxslər hemin keçidin işıqılandırma sistemini dağıtdığından bu kimi problemlər ortaya çıxıb. Elə buna görə də təmizlik işlərinin aparılması ilə yanaşı,keçiddə təhlükəsizlik kameraalarının quraşdırlması nəzərdə tutulur.