Xəbər lenti

İnsanlara pulsuz maskalar verilməlidir - Ekspert (VİDEO)
Video 09:20 16.04.2021

İnsanlara pulsuz maskalar verilməlidir - Ekspert (VİDEO)

"Keçən ilin mart ayından bu ilin martına qədər ölkədə 77 mln. 600 min tibbi maska satılıb”.

Qaynarinfo xəbər verir ki, bunu iqtisadçı ekspert Natiq Cəfərli deyib. Onun sözlərinə görə, ölkə əhalisinin 10 yaşa qədər olan vətəndaşların maska taxmadığını (əsasən, amma məktəblər açıq olanda taxırdılar) nəzərə alsaq, deməli, təqribən, 8,5 mln. əhali il ərzində maska taxmalı idi:

"Tibbi maskaların hər 2-3 saatdan bir dəyişmək lazım olduğu deyilir, ölkədə 1 il ərzində hər vətəndaş gün ərzində, ən azı, 3 maska dəyişməli idi. Deməli, gün ərzində 8,5*3= 25,5 mln. ədəd, ay ərzində 765 mln. ədəd, il ərzində isə 9 mliyard 180 mln ədəd maska istifadə edilməli idi. Bizdə 1 ilə 77,6 mln. maska satılıb, ilə 1 nəfərə 9 maska düşür. Deməli, orta statistik vətəndaş 40 günə 1 maska istifadə edib – bu bilirsiz nə deməkdir?! Maskadan belə istifadə nəinki virusdan qorumur, hətta yeni xəstəliklər üçün şərait yaradır”.

Natiq Cəfərlinin sözlərinə görə, əhaliyə pulsuz maska paylanılmalıdır ki, qapalı məkanlarda, nəqliyyatda maska taxmaq həm zəruri, həm də sağlamlıq üçün təhlükəsiz olsun:

"Hər vətəndaşa, heç olmasa, aya 10 maska pulsuz verilməlidir, camaat polisin, cərimənin qorxusundan və pulsuzluqdan 1 maskanı 40 gün taxır, bu zülmdür, gələcək böyük sağlamlıq problemlərinin təməlidir”.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->