Dünya 15:23 05.10.2017

İnsanların yaratdığı hər şey tamamilə məhv olacaq... (FOTOLAR)

Alimlər insanların mövcud olmadığı dünyada nələrin baş verəcəyini təxmin etməyə çalışıblar.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, araşdırmalara əsasən, insanlar birdən yoxa çıxsaydılar, bir neçə saat sonra işıqlar sönər, enerji stansiyaları fəaliyyətini dayandırar, metroları su basardı. 

Bir ay sonra nüvə reaktorları çökər, 25 il sonra hər yer bitki ilə örtülər, Las Veqas, Dubay qum altında qalar, 300 il sonra isə körpü və binalar çökər, dəniz canlıları çoxalardı. 

Bildirilir ki, insansız dünyada 10 milyon il sonra ancaq Misir piramidaları və Çin səddinin qalıqları qalacaq, insanın yaratdığı digər şeylər tamamilə məhv olacaq.


Gülşən

Qaynarinfo.Az