Sənət 10:00 14.08.2016

İnsanlığın tarixinə yenilikçi baxış

Yerusəlimdəki Yəhudi unversitetinin professoru Yuval Noy Harari (24 fevral 1976-cı ildə doğulmuşdur) öz elmi araşdırmalarında insanlığın tarixinə bütünlüklə yeni bir prizmadan baxmağa çalışır. Onun çap olunan kimi bestsellərə çevrilmiş “Sapiens: İnsanlığın qısa tarixi”, “Sabahın tarixi” kitablarında alimin bu yenilikçi düşüncələri əks olunmuşdur. Oxucuları Yuval Noy Hararinin fikirləri ilə tanış etmək üçün onun müxtəlif saytlarda çap edilmiş bir müsahibə və bir mühazirəsini təqdim edirik.  

Professor Y. N. Hararinin Ukraynanın rusdilli “Delovaya stolitsa” saytına verdiyi müsahibə

ÖLÜMSÜZLÜYÜN DOLAYI TƏSİRLƏRİ HAQQINDA

Görkəmli alman fiziki Mark Plankın çox dəqiq ifadə etdiyi kimi, elmin tərəqqisi dəfndən dəfnə kimi olur. O bunu nəzərdə tururdu ki, nə vaxt alimlərin köhnə nəsli dünyadan köçürsə, məhz onda yeni nəzəriyyələrin köhnələrini sıxışdırıb sıradan çıxarmaq şansı yaranır, özü də bu yalnız elmə aid deyildir. 

İki yüz ildən sonra imkanlı adamlar kompyuter, smatrfon kimi texnikalar ilə qovuşub yaşamaq imkanı qazanacaqlar. Yerusəlimdəki Yəhudi universitetinin professoru, insanlığın tarixi üzrə kitabların müəllifi Yuval Noy Harari belə düşünür. Onun sözlərinə görə, insanın maşınla qovuşması həyatın yaranmasından keçən dörd milyard il ərzində biologiyada baş verən ən böyük təkamül sıçrayışı olacaqdır. Professor Harari hesab eləyir ki, insan keçdiyi təkamül prosesində ölüm üzərində qələbə çalmaqla Allaha bənzəməyə başlayacaqdır və bununla da biz şimpanzedən nə qədər fərqləniruksə, gələcəyin insanı da indiki insandan o qədər fərqlənəcəkdir. O iddia edir ki, insanı inkişafa yönəldən başlıca hərəkətverici qüvvə narazılıqdır (qeyri-məmnunluqdur), ona görə də, biz gen mühəndisliyi və ya yüksək texnologiyaların köməyi ilə, özümüzü “modernləşdirməyin” qarşısını ala bilməyəcəyik. Ancaq o həm də xəbərdarlıq edir ki, kiborqlara çevrilmə texnologiyası ilə dəyişilməyə yalnız çox varlı insanların əli çatacaqdır və bu da cəmiyyətdə varlı adamlarla yoxsullar arasındakı uçurumu daha da dərinləşdirəcəkdir. Gələcəkdə varlı insanlar əbədi yaşaya biləcəklər, yoxsullar isə, indi olduğu kimi qocalıb öləcəklər.   
Professor Hararinin fikrincə, insanlar ona görə dominant növə çevrilə bildilər ki, onlar “uydurmalar” yaratmağı və bununla da cəmiyyəti möhkəmləndirməyi bacarırlar, o belə uydurmalara örnək olaraq dini, pulu, insan hüquqlarını və başqa bu kimi, heç bir bioloji əsası olmayan hadisələri göstərir. Hariri deyir: “Bizim təxəyyülümüz insanların biri-biri ilə asanlqıla əməkdaşlıq etməsinə və böyük toplumlarda birləşib yaşaya bilməsinə imkan yaradır. Hüquqi sistemlərin böyük çoxluğu sadəcə olaraq bizim özümüzün düşünüb yaratdığımız şeylərə əsaslanır. Pul isə bunun ən qabarıq bir örnəyidir. Bankirlər və maliyyə nazirləri bizi, pulun hansısa dəyərinin olmasına inandırırlar. Ancaq əslində isə bu belə deyildir. Şimpanzeyə pul verib ondan nəsə almağı yoxlayın, onda özünüz də buna əmin olacaqsınız”. 
Heç də təsadüfi deyildir ki, Mark Zukenberqi heyrətə salan kitablardan biri də Hararinin “Sapiens: İnsanlığın qısa tarixi” kitabıdır. Bu kitab çap olunan andan başlayaraq betsellerə çevrilmiş, dünyanın 30-a yaxın dilinə çevrilmişdir. Kitabdakı ideyalarını Harari bundan sonrakı “Sabahın tarixi” adlı kitabında daha da inkişaf etdirmişdir. 

Saytımızın müxbirinin Yuval Noy Hararidən 2015-ci ildə götürdüyü müsahibədə də, insanların ölümə necə qalib gələcəyindən və bütün bunların yekun nəticədə nəyə gətirib çıxaracağından danışılır. 

–Yuval, sizcə, insan həyatının gözəçarpacaq qədər uzadılması üçün real metodlar nə vaxt yaranacaqdır? Ölümsüzlüyü nə yaxınlaşdıra bilər?   

Yuval Harari (Y. H.) İnanıram ki, yaxın on ildə biz insan ömrünün uzadılmasında mühüm uğurlar qazana biləcəyik, ancaq ölümsüzlük uzaq gələcəyin işidir. Son yüz ildə biz öncədə olduğundan ikiqat artıq yaşamağa başlamışıq: orta yüzilliklərin Avropasında və ya Romada insanlar orta hesabla ən çoxu 40 il yaşayırdılar, bunun səbəbi aclıq, yoluxucu xəstəliklər və başqaları idi. İndiyə kimi tib elmi öz inkişafında çox irəli getdiyindən, bugün orta insan ömrü 80 ilə kimi uzanmışdır. Ancaq daha real nəticələr ala bilmək  üçün radikal tədbirlər görülməlidir. Hətta, biz indi xərçəng, diabet və başqa bu kimi ölümcül xəstəliklərin yaranmasının qarşısını ala bilsək də, bütün bunlar insan ömrünü 150 ilədək deyil, uzağı 90 ilə kimi uzatmağa imkan verərdi. Alimlar nə vaxt insanların 150 il yaşaması üsulunu tapsalar, onda artıq bu texnologiyanı biraz da təkmilləşdirməklə, insanın 1000 il yaşamasını da təmin etmək mümkün olacaqdır. Bütün bu inkişaf ona doğru gedir ki, qarşıdakı 200 ildə bioloji hiylələrə əl atmaqla, gen mühəndisliyi və kiborqizasiyanın yardımı ilə, biz ölümsüzlər irqinə çevriləcəyik. İndiki insanlarla həmən o gələcəkdəki insanlar arasındakı fərq, bigünkü insanlarla şimpanze arasındakı fərqlə tutuşdurula biləcəkdir.   

–Bu sferada hansısa gizlin layihələr varmı, əgər varsa onda bunun üzərundə kim işləyir?

Y. H. Silikon vadisində1 Google kimi bir neçə nəhəng var ki, bununla bağlı açıq danışırlar və belə layihələrin reallaşdırılması işinə böyük məbləğdə pullar xaərcləyirlər. Bir neçə il öncə Time jurnalının üz qabığında belə bir tükürpədici başlıq verilmişdi: “Google kompaniyası qocalmağa qalib gələ biləcəkmi?” Buradakı məqalədə Google firmasının bu məqsədlə yaratdığı nəhəng Calico kompaniyasının yeni araşdırmalarının nəticələrindən söz açılırdı. Bu nəhəng firmanın yaradılmasında məqsəd insan ömrünün gözəçarpacaq dərəcədə uzadılmasına və ölümsüzlüyün çarəsinin tapılmasına gətirib çıxaracaq vasitələrin axtarışı idi. Əgər bu araşdırmaların arxasında Google kimi ciddi firma dayanmasaydı, onda bütün bu araşdırmalar real görünməyə bilərdi. Sonradan Calico ətrafında yaranmış ehtiraslar soyudu, çox güman, kompaniya bu istiqamətdəki axtarışlarını davam etdirir, ancaq indilikdə bütün bunları reklam etməyə ehtiyac duymur. Çox ola bilsin, tutalım, Çin kimi böyük dövlətlərdə də buna oxşar gizlin layihələr üzərində çalışırlar, ancaq bunu ictimaiyyət üçün açıqlamırlar.

–Sizcə, ölümsüzlüyün texnologiyasını hazırlamaq üçün hansı ölkələrin daha çox şansı vardır? İnsanların orta ömrü 150 il olanda insanların bilik öyrənmə dövrləri də gözəçarpacaq dərəcədə artacaqdır... İnsanlar öz karyeralarında daha uzaqlara gedib çıxa biləcəklər və onlara daimi olaraq biliklərini artırmaqla öz peşəkarlıqlarını sübut eləmək lazım olacaqdır. 

Y. H. Biotexnologiya və gen mühəndisliyi üzrə ən böyük uğurlar qazanmış ölkələr sırasında ABŞ, Yaponiya, Çin və bir sıra Qərbi Avropa ölkələrinin adını çəkmək olar. Onlar süni orqanların yetişdirilməsi və gen mühəndisliyi sahəsində ağlagəlməz dərəcədə böyük uğurlara çata bilmişlər. Bu artıq insanlığın aqrar inqilaba başladığı çağlardan sonra həyata keçirdiyi süni seçmə üsulu deyildir. Süni seçmə üsulları mövcud orqanizmlərin başlanğıc genofondunun imkanları ilə məhdudlaşırdı, ancaq gen mühəndisliyi artıq burada yeniliklər yaratmaq imkanları açır. Qohumluğu olmayan gen materiallarını biri-biri ilə qarışdırmaqla və hətta, yeni süni genlər yaratmaqla, tamamilə ağlagəlməz nəticələr almaq mümkündür. Örnək üçün, genetiklər nəinki sınaq apardıqları qurdların ömrünü altı dəfə uzada bilmişlər, habelə, yaddaşını yetərincə yaxşılaşdırdıqları və öyrənməyi bacaran dahi bir siçan da yarada blmişlər. Başqa bir unikal eksperiment gəmiricilərin cinsi əlaqələrdə biri-birinə sadiqliyi məsələsinə həsr olunmuşdur. Çöl siçanlarının çoxlu müxtəlif növləri cinsi əlaqələrdə müəyyən qaydaları gözləməkdən uzaqdırlar. Ancaq bu siçanların arasında bir növ vardır ki, onların cütlüyü yalnız öz aralarında cinsi münasibətdə olurlar. Genetiklər inandırmağa çalışırlar ki, bu növ siçanlardan təkkəbinlik genini ayıra bilmişlər. Alınmış bu geni adi erkək siçanlara köçürsək, onlar donjuanlıqla bir dəfəlik üzülüşüb öz cütlüyünə sadiq olan bir erkəyə çevrilirlər. Eyni ilə bunun kimi də, insanın şəxsi meyillərini genetik baxımdan elə nizamlamaq olar ki, bununla cəmiyyəti köklü surətdə dəyişmək mümkün olsun.   

–Əgər gen mühəndisliyi dahilər yaratmağı bacarırsa, onda nə üçün belə texnologiyalar  indiyədək insanlar üzərində tətbiq olunmur?

Y. H. Fövqəltəbii insanın yaradılması texnologiyasından bizi heç də uçurum ayırmır, sadəcə etik və siyasi manelər insanlar üzərində belə eksperimentlər aparılmasını ləngidir. Ancaq etik etirazlar necə inandırıcı olsa da, onların bu araşdırmaların sonrakı mərhələsini dayandıra biləcəyinə inanmaq olmur: axı bu araşdrmaların nəticəsi, sağalmaz xəstəliklərin müalicəsi, idraki keyfiyyətlərin inkişafı, ölümsüzlük ilə də birbaşa bağlıdır. Əgər genlərlə bağlı aparılan bu araşdırmalar bizim yox olmağımızla nəticələnməsə, onda homo sapiens tanınmayacaq dərəcədə dəyişəcəkdir və bu artıq homo sapiens deyil, bütünlüklə bambaşqa bir irq olacaqdır.  

–Sizin nəəzriyyənizə görə, ölümsüzlük texnologiyasından yalnız toplumun qaymağını təşkil edən insanlar yararlana biləcəklər. Bununla bağlı hanıs ictimai-iqtsadi mülahizələr vardır və bu halda belə texnologiyalara əli çatmayanları nə gözləyir?

Y. H. Nə vaxt ki, biotexnologiyaya qoyulan milyardlarla investiya ölümsüzlük iksirinin yaradılmasına gətirib çıxaracaq, onda insanlığın qarşısında belə bir sual dayanacaqdır: bu iksiri hamı üçünmü, yoxsa yalnız buna görə yaxşı pul verənlər üçünmü, əlçatan etmək lazımdır? XX yüzillikdə vaksin və antibiotiklərin tətbiqi insan ölümlərini yetərincə azaltmağa imkan yaratdı, habelə, bir sıra xəstəliklərdən həmişəlik can qurtarmaq mümkün oldu və inkişaf etmiş ölkələr tibbin bu sahədəki nailiyyətlərini yoxsul ölkələrlə böyük həvəslə bölüşdülər. Ancaq bu hal istisna sayılmalıdır, əslində insanlar arasındakı normal sayılan münasibətlər tabeçilik və bərabərsizliyə əsaslanır. XX yüzillikdə millətlərin və dövlətlərin bütün insanlığın sağlamlığını qorumağa investisiya qoymasının iqtisadi, hərbi və siyasi səbəbləri vardı – güclü ölkələrə sağlam əsgərlər, fabriklərdə çalışmaq üçün güclü işçi qüvvəsi, əməksevər əkinçilər lazım idi. Ancaq indi müharibələrdə başlıca olaraq dronlar iştirak eləyir, zavodlarda isə, insanların yerini daha çox robotlar tutmağa başlayır və deməli, hamını müalicə etməyə ehtiyac da yoxdur. Aydındır ki, insan ömrünü uzadan texnologiyalar çox baha olacaqdır və çətin ki, belə texnologiyaya yiyələnənlər onu başqaları ilə bölüşməyi istəsinlər.    

–Demək, texnologiyanın inkişafı ilə insanlar öz dəyərini itirirlər?

Y. H. Elədir ki var! Bir ətrafa baxın: texnika nəinki insanların sadə əl əməyini əvəz eləyir, habelə, taksi sürücülüyü, fond birjasında ticarət, xəstəliklərin diaqonistikası kimi “idraki sferaya” da nüfuz eləyir. Adi insanlar çox böyük sürətlə özlərinin iqtisadi dəyərlərini itirirlər və tədricən elə bir sinif formalaşır ki, onların təminatı yerdə qalan çoxluqdan qat-qat artıq olur. Pul və texnologiyaların yiyələri olan adamlar öz imkanlarının getdikcə daha çox artmasında maraqlıdırlar, onlar üçün heç bir faydası olmayan yoxsulların sağlamlığı üçün pul xərcləmək maraqlı deyildir. Fikrimcə, dediyim bu siniflərarası fərqlər Hindistan, Çin, Rusiya və ya Braziliya kimi inkişaf etməkdə olan ölkələrdə daha kəskin bir şəkildə gözə çarpmaqdadır. Bu kimi ölkələrdə ən yüksək tibbi xidmət, ən yaxşı təhsil, ən yaxşı avtomobillər, ən yaxşı evlər, habelə bütün yerdə qalan şeylərin ən yaxşıları, yalnız yüksək təbəqədən olan insanlar üçün əlçatan olur. Bu baxımdan Rusiyanın belə imtiyazlı insanları inkişaf etmiş ölkələrdəki yüksək təbəqədən heç nə ilə fərqlənmir. Problem ondadır ki, keyfiyyətli müalicə və təhsil, habelə, başqa bu kimi şeylər adətən adi vətəndaşlar üçün əlçatan olmur, texnologiyaların inkişafı ilə əlaqədar olaraq bu bərabərsizlik daha amansız formalar almağa başlayacaqdır, işlər belə getsə birazdan yalnız əsgər və fəhlələrə pul xərcləyəcəklər, ancaq texnika onları əvəz eləyəndən sonra bu insanlara da pul xərcləməyin mənası qalmayacaqdır.     

–İnsan ömrünün uzanması sosial quruluşu necə dəyişəcək, bütün bunlar dünya siyasətində və qlobal iqtisadi vəziyyətin dəyişməsində necə əks olunacaqdır?

Y. H. Sözsüz, insan ömrünün uzadılması ciddi sosial, iqtisadi, mədəni dəyişilmə və çevrilmələrə gətirib çıxaracaqdır. Bütün bu nəticələri təsvir etmək üçün ayrıca bir kitab yazmağa ehtiyac vardır, ancaq mən iki örnək gətirməklə yetinirəm. Tutalım, yaxın iki onllikdən başlayaraq insanlar 150 il yaşamağa başlayacaqlar, onda yaranmış bu yeni durum ailə münasibətlərini kökündən dəyişəcəkdir. İndi kişi və qadın ailə qurarkən hələlik “ölüm onları ayrı ayıranadək” birlikdə yaşamağa ümid eləyirlər. İndi isə 150 il yaşayan bir qadını təsəvvürünüzə gətirin. Tutalım, o hətta, 50 yaşında ərə getmişdir və irəlidə hələ 100 il də yaşayacaqdır. Onun qarşıdakı bu 100 ili bir ər ilə yaşamaq şansı böyükdürmü? Ona görə də, indiki kimi ardıcıl nikahların qurulması meylləri çox güman ki yox olacaqdır. Şübhəsiz, əmək bazarında da inqilab olacaqdır. Bugün biz 20-25 yaşına kimi oxuyur, sonra öz peşəmizi öyrənməkdə təkmilləşirik. Nələrisə 40 və ya 50 yaşlarında öyrənmək də ağlabatandır, ancaq hər halda həyat, təhsil və ondan sonrakı əmək fəaliyyəti olmaqla iki yerə bölünür.
İnsan 150 il yaşamağa başlayanda bilik almaq mərhələsi yetərincə uzanacaqdır, üstəlik, çox böyük yeyinliklə davam etməkdə olan qlobal texnoloji inqilabı da göz önündə tutsaq, bu müddət daha da artacaqdır. İnsanlar indiki ilə müqayisədə daha uzun bir müddət üçün öz karyeralarını saxlamağa çalışacaqlar, bunun üçün də, daimi olaraq, özlərinin işlədikləri peşəyə yararlıqlarını sübut eləməli olacaqlar. Eyni zamanda onlar vaxtında təqaüdə çıxıb yeni ideyalar və ehtiraslarla zəngin olan gənc nəsil üçün yerləri azad etməyəcəklər. Görkəmli alman fiziki Maks Plank çox dəqiq demişdi ki, elmin tərəqqisi dəfndən dəfinə kimi olur. O bunu nəzərdə tuturdu ki, nə vaxt köhnə nəsil ortalıqdan çıxır, yalnız onda yeni nəzəriyyələrin köhnələrini sıxışdıra bilməsi üçün şanslar yaranır və bu təkcə elə elmə aid deyildir. İndi isə öz şəxsi iş yerinizlə bağlı düşünməyə çalışın. Alim, jurnalist, aşbaz və ya futbolçu olmağınızdan asılı olmyaraq, əgər sizin rəhbərinizin 120 yaşı varsa, onun ideyaları hələ XIX yüzilliyin sonlarında formalaşmışdırsa və o çox güman ki, hələ iyirmi ilə yaxın bu kompaniyaya başçılıq eləməkdə qalacaqsa, onda siz özünüzü necə hiss edərdiniz?  

–“Sapiens: İnsanlığın qısa tarixi kitabınızda” deyirsiniz ki, zaman keçdikcə insanlar daha az xoşbəxt olacaqlar. Bu nə ilə bağlıdır və ölümsüzlük dönəminin insanları özlərini necə hiss edəcəklər?

Y. H. Mən onların daha az xoşbəxt olacaqlarını deməmişəm. Demək istəmişəm ki, onlar indikindən daha çox xoşbəxt ola bilməyəcəklər. Baxmayaraq, insanlar hakimiyyət əldə etməklə bağlı böyük uğurlar qazana bildilər, ancaq onlar necə məmnun ola bilməyin sirrini anlaya bilmədilər. Bunca təəcüblü və qeyri-adi bacarıqlarına baxmayaraq insan yenə də qeyri-müəyyən və narazı bir durumda qalmaqdadır. O qayıqdan katerə, paraxoda keçdi, sonra kosmik gəmidə uçmağadək gəlib çatdı, ancaq yenə də üzündən narazılıq yağmaqda davam eləyir. İş burasındadır ki, özünü “bədbəxt” saymaq duyğusu bizim təkamül prosesində formalaşan daxili biokimyəvi sistemimizlə şərtlənir, bu isə yaşamaq və doğub-törəmək şansımızın artmasına xidmət edir. Razı insan zirək deyil və ərincəkdir, ancaq bədbəxt insan həmişə təlaşlıdır və vəziyyətini yaxşılaşdırmağa çalışır. Bax buna görə də, insanlığa bütün dünyanı fəth etmək nəsib oldu, ancaq o, bu nailiyyətlərini və bütün gücünü məmnunluq və xoşbəxtliyə çevirə bilmədi, çünki təbiət buna imkan vermir. Ona görə də, insan ömrünün uzanması ilə bu problem daha da pisləşəcəkdir.     

Silikon vadisi – ABŞ-ın Koliforniya ştatındakı San-Fransisko şəhərinin yüksək texnologiyalar üzrə çalışan kompaniyalarının çox sıx yerləşdiyi rayona deyilir. Burada əsasən yeni kompyuter və mikroprosessorlar, mobil telefon və biotexnoloji qurğuların istehsalı lahiyələşdirilir. 

YUVAL  NOY  HARARİ (mühazirə)

ABŞ-ın TED (Technology Entertainment Desgn (Texnologiya, əyləncə, dizayn – deməkdir)) firmasının 24 iyul 20215-ci ldə, Londonda təşkil etdiyi illik konfransdakı çıxışı. 

İnsan dünyanı necə idarə etməyə başladı? 

Yetmiş min il bundan qabaq bizim əcdadlarımız heyvanlardan heç nə ilə fərqlənmirdilər. Tarixəqədərki dövrdə yaşayan bu insanlardan heç nə asılı olmadığını başa düşmək çox vacibdir. Onlar dünyaya meduzadan, işıldaböcəkdən və ya ağacdələndən çox təsir eləyə bilmirdilər. Ancaq bugün biz bütün planeti idarə eləyirik. Bəs necə oldu ki, biz Afrikada sakit və dinc bir həyat yaşayan meymundan Yer kürəsini idarə eləyən hökmdara çevrildik?

Adətən biz özümüzü heyvanlarla fərdi qaydada müqayisə edirik. Biz bunu bilməyi vacib sayırıq, daha dəqiq desək, mən bunu bilməyi vacib sayıram ki, görəsən bədənimin və ağlımın hansı mühüm xüsusiyyətinə görə  mən itdən, donuzdan və ya şimpanzedən qat-qat üstün bir varlığa çevrilmişəm. Əslində isə, fərdi baxımdan yanaşanda mən şimpanzedən çox az fərqlənirəm. Əgər birdən mənim və şimpanzenin yaşamaq bacarığını yoxlamaq üçün hər ikimizi insan yaşamayan bir kimsəsiz adaya atsaydılar, mərc gələ bilərəm ki, bu durumda şimpanze məndən daha bacarıqlı olduğunu göstərəcəkdir. Bu şəxsən mənim bacarıqsız bira adam olduğuma görə belə deyildir. Sizin istənilən birinizi şimpanze ilə birgə kimsəsiz bir adaya atsalar, bu halda da meymun sizin istənilən birinizdən üstün olduğunu göstərəcəkdir. 

İnsanlarla heyvanlar arasındakı başlıca fərq fərdi yox, qrup səviyyəsində aşkara çıxır. İnsanlar ona görə planeti idarə eləyə bilirlər ki, təbiətdəki canlılar arasında yalnız onlar yaranmış istənilən şəraitə uyğunlaşa bilmək üçün özləri ilə eyni olan minlərlə varlıqlarla qarşılıqlı əməkdaşlıq edə, biri-biri ilə dil tapa bilirlər. Düzdür, təbiətdə ictimai varlıq sayıla biləcək böcəklər də vardır: arılar və qarışqalar da, özlərinin çoxsaylı həmcinsləri ilə qarşılıqlı əməkdaşlıq şəraitində yaşayırlar, ancaq onlar ətrafda baş verən dəyişikliklərə çox yavaş reaksiya verirlər. Onların birgə fəaliyyəti çox ciddi şəkildə müəyyənləşdirilmişdir. Tutalım, arı pətəyini götürsək, burada birgə fəaliyyət göstərib bir yerdə yaşamağın yalnız bir üsulu vardır. Əgər birdən şərait dəyişirsə və ya onların həyatı üçün hansısa qorxu yaranırsa, onda arılar öz ictimai sistemlərini qısa bir zamanda yeni şəraitə uyğunlaşdıra bilmirlər. Onlar kraliçanı edam eləyib, respublika və ya arıların fəhlə sinfinin kommunist diktaturasını yarada bilmirlər.

Qrup halında yaşayan məməlilər: canavarlar, fillər, delfinlər və ya şimpanzelər, ətraf mühitə qat-qat tez alışır, uyğunlaşırlar, ancaq onların bu qrupları sayca çox məhdud olur. Axı doğrudan da, meymunların yaşayışı biri-biri ilə çox sıx qarşılıqlı əməkdaşlığa əsaslanır. Mən –şimpanzeyəm, sən – şimpanzesən, demək mən səninlə bir yerdə iş görə bilərəm. Səni şəxsən tanımaq mənim üçün çox vacibdir. Sən necə şimpanzesən? Xeyirxahsanmı? Yoxsa, təcavüzkarsan? Sənə etibar eləmək olarmı? Əgər mən sənin kim olduğunu bilmirəmsə, onda səninlə necə əməkdaşlıq edə bilərəm?     

Belə çıxır, hər iki xüsusiyyəti özündə birləşdirən yeganə heyvan, daha dəqiq desək, böyük qruplarda birləşib, dəyişən şəraitlərə tez uyğunlaşmağı bacaran yalnız biz şüurlu insanlarıq. Biz şimpanze ilə təkbətək və ya on nəfər on şimpanzeyə qarşı olmaqla, əliyalın döyüşsək, onda şimpanze bizə qalib gələcəkdir. Ancaq nin nəfər adamı min şimpanzeyə qarşı qoysan, onda adamlar çox asanlıqla qalib gələcəkdir, çünki min ədəd şimpanze birlikdə, qarşılıqlı fəaliyyət göstərməyi bacarmır. Əgər siz 100000 şimpanzeni Oksford-sitritə, və ya “Uembli” stadionuna, Tyanmen neydanına və ya Vatikanın qarşısındakı meydana doldurmaq istəsəniz, onda fəlakətli bir qarmaqarışqılıq yaranacaqdır. Ağlagəlməz bir basırıq törəyəcəkdir.

İnsanlar isə bu sadaladığımız yerlərə onminlərlə gəlirlər və adətən, bu heç bir qarmqarışıqlıq yaratmır, burada onların qarşılıqlı anlaşmaya əsaslanan fövqəladə bir fəaliyyət şəbəkəsi yaranmış olur. Tarix boyunca insanların qazandığı böyük uğurlar, örnək üçün, Xeops piramidasının tikilməsi və ya Aya uçmaq olsun, kiminsə şəxsi qabiliyyətinin deyil, çoxsaylı insan qruplarının birgə işləmək bacarığının nəticəsi kimi yaranmışdır.

Mənim buradakı çıxışımı götürün. İndi bu zalda 300-lə 400 arası sayda tamaşaçı var və mən buradakıların böyük çoxluğu ilə tanış deyiləm. Bu tədbirin təşkilatçılarını da yaxşı tanımıram. Dünən Londona uçduğum təyyarəni pilotunu və komanda heyətini də tanımıram. Mənim bu çıxışımı yazmaq üçün buraya mikrofonları və kameraları gətirən adamları da tanımıram. Buradakı çıxışıma hazırlaşmaq üçün kitablarını və məqalələrini oxuduğum müəlliflərlə də, şəxsən tanış deyiləm. Əlbəttə, burada yazıya alınan videolentə haradasa, Buenos-Ayresdə və ya Nyu-Dehlidə baxacaq adamlarla da heç bir tanışlığım yoxdur.

Ancaq biri-birimizi tanımasaq da, biz öz ideyalarımızı bütün dünyada yaymaq üçün əl-ələ verib birlikdə işləyirik. Bax bizi şimpanzedən fərqləndirən cəhət budur. Sözsüz, onlar da öz aralarında ünsiyyətdə olurlar, ancaq siz elə bir şimpanze tapa bilməzsiniz ki, haradasa, uzaqlarda yaşayan bir həmcinsinin yanına gedib ona öz yaşadığı yerlərdə bitən banan və ya qonşuluğunda gördüyü fillər, yaxud da başqa hansısa şeylər haqqında danışmaq istəsin. Ancaq qarşılıqlı əməkdaşlığa əsaslanan işlər heç də həmişə müsbət nəticələr vermir. İnsanların tarixin gedişində törətdiyi ən qorxunc cinayətlər də – biz dəhşətli işlər görməyi yaxşı bacarırıq – çoxlu sayda adamların birgə fəaliyyətinin nəticəsi olmuşdur. Hətta, dustaqxanalar da, qarşılıqlı fəaliyyətin nəticəsidir, insanların kütləvi qırğınları da, konslagerlər də, insanların qarşılıqlı əməkdaşlığından törəyir. Şimpanze öz həmcinslərini kütləvi şəkildə qırmağı, dustaqxanalar və konslagerlər yaratmağı düşünməyə gəlib çıxmamışdır.

Tutalım, mən sizi inandıra bildim ki, biz birgə çalışmağı bacaran böyük insan qrupları yarada bildiyimiz üçün planeti idarə edə bilirik. Onda istər-istəməz hər şeylə maraqlanan dinləyicinin belə bir sualı yaranacaqdır: necə olur ki, biz bunu bacarırıq? Nə üçün bütün heyvanlardan yalnız biz bunu bacarırıq? Sualın cavabı bizim təxəyyülümüzlə bağlıdır. Biz tanımadığımız saysız-hesabsız adamlarla birləşməyi bacarırıq, çünki planetdəki heyvanlar arasında yalnız biz fantaziyalar qurmağı, özümüzdən əhvalat uydurmağı və onlara inanmağı bacarırıq. Biz nə qədər ki, bu uydurduğumuz əhvalata inanırıqsa, bir o qədər vaxt ərzində də, eyni qayda-qanunlara tabe olur, eyni normalara əməl edir və eyni dəyərlərə bağlı oluruq.

Heyvanlar yalnız gerçəkliyin təsvirindən ibarət olan məlumatları biri-birinə çatdırmağı bacarırlar. Şimpanze öz həmcinsinə deyə bilər: “Bax! Aslan gəlir! Qaçaq buradan!” Yaxud da: “Bax! Burada banan ağacı var! Gəl dırmaşıb banan yeyək!” Onlardan fərqli olaraq insanlar danışdıqları dildən yalnız gerçəkliyi təsvir etmək üçün yararlanmırlar, dildən həm də yeni, uydurulmuş gerçəklikləri yaratmaq üçün istifadə edirlər. İnsanlar deyirlər: “Bax, göydə Allah var! Eşit, gör sənə nə deyirəm: əgər, sən belə eləməsən, onda öləndən sonra Allah səni cəzalandıracaq və cəhənnəmə göndərəcək”. Əgər siz mənim düşünüb uydurduğum bu əhavalata inanacaqsınızsa, onda hamılıqla eyni bir normalara, qanunlara və dəyərlərə hörmət edəcəksəniz və bununla da, qarşılıqlı əməkdaşlıq etməyiniz mümkün olacaqdır. Belə bir xüsusiyyət yalnız insanlara xasdır. Siz şimpanzeyə belə bir vəd verib onun əlindəki bananı ala bilməzsiniz: “Sən bu bananı mənə versən, onda öləndən sonra şimpanzelər üçün yaradılmış cənnətə düşəcəksən... (Gülüşmə) və bu dünyada elədiyin xeyirxahlığa görə orada olduqca çoxlu banan alacaqsan. Ona görə də sən gəl, bu bananı mənə ver”. Heç bir şimpanze belə bir əhvalatın ola biəcəyinə inanmayacaq. Belə hadisələrə yalnız insanlar inanırlar. Ona görə də biz dünyanı idarə eləyirik, şimpanze isə zooparklarda və araşdırma mərkəzlərində dustaqdır.

Ola bilsin, dinə bağlı olan adamların hamılıqla eyni bir uydurulmuş əhavalta inanmaqla birləşib, qarşılıqlı əməkdaşlıq etmələrində pis heç nə yoxdur. Milyonlarla insanlar toplaşıb kilsə və ya məscid tikirlər, onlar xaç yürüşünə və ya cihada yollanırlar, çünki Allah, cənnət və cəhənnəm haqqında eyni bir əhavlata inanırlar. Ancaq mən qeyd etmək istəyirəm ki, bu yalnız dinlə bağlı deyildir, insanların bütün başqa kütləvi fəaliyyətləri də, eyni ilə bunun kimi formalaşır.

Örnək üçün, hüquq sistemini götürək. Bugün hüquqi sistemlərinin çoxu insan hüquqlarının qorunmasına əsaslanır. Bəs insan hüququ nə deməkdir? İnsan hüququ da, eyni ilə Allah və cənnət kimi, yalnız düşüncənin məhsulu olan bir anlayışdır, o obyektiv reallığın və ya şüurlu insanın bioloji tərkib hissələrindən biri deyildir. Əgər biz insanı yarıb onun daxilinə baxsaq, orada ürək, böyrəklər, neyronlar, hormonlar, DNT tapa bilərik, ancaq orada heç bir hüquq deyilən şey tapa bilməyəcəyik. Hüquq anlayışı yalnız bizim uydurduğumuz və son yüzilliklərdə yaydığımız düşünülmüş hadisələrdə mövcuddur. Onlar hətta, yaxşı və xeyirxah səciyyəli də olurlar, ancaq bütün durumlarda düşünülərək uydurulmuş hadisələrdə mövcuddurlar.

Siyasi sferada da eyni ilə belədir. Siyasətdə ən mühüm element dövlətlər və millətlər sayılır. Ancaq gəlin bir anlığına düşünək: dövlətlər və millətlər nə deməkdir? Onlar qeyri-maddidirlər. Dağ maddidir. Biz onu görə, toxuna, hətta iyləyə də bilərik. Ancaq millət və ya dövləti götürsək, misal üçün, İsrail və ya İran, Fransa və ya Almaniya – bütün bunlar yalnız bizim alışdığımız uydurmalardan başqa bir şey deyildir.

Bu deyilənlər iqtisadiyyat üçün də belədir. Dünya iqtisadiyyatının ən nüfuzlu fiqurları kompaniyalar və korporasiyalardır. Sizlərdən çoxunuz, tutalım, Gooqle, Toyota və ya McDonald1s kimi korporasiyalarda işləyir. Ancaq gəlin baxıb görək, bu korporasiyalar əslində nə deməkdir? Hüquqşqnaslar onları hüquqi qurumlar adlandırlar. Bütün bunlar, çox qüdrətli sehrbazlar olan hüquqşünasların düşünüb uydurduğu və qoruduğu qurumlardır. (Gülüşmə) Bu korporasiyalar nə ilə məşğul olurlar? Başlıca olaraq pul qazanırlar. Bəs pul özü nədir? Pul obyektiv gerçəkliyin bir hissəsi deyildir, onun maddi dəyəri yoxdur. Örnək üçün, dollar adlanan bu yaşıl kağızı götürək. Baxın, onda maddi baxımdan dəyərli sayıla biləcək heç nə yoxdur. Onu yemək, içmək, yaxud geyinmək olmaz. Ancaq bu: bankirlər, maliyyə nazirləri, baş nazirlər adlanan peşəkar uydurmaçılar ortalıqda olmayana kimi belə idi. Onlar bizə çox inandırıcı görünən belə bir əhvalat danışırlar: “Görürsənmi, bu yaşıl kağızı? Onun dəyəri 10 banan eləyir”. Əgər mən buna inanıramsa, siz də buna inanırsınızsa, və hamı buna inanırsa, onda onların dediyi kimi də olur. Mən heç bir dəyəri olmayan bu yaşıl kağızı götürüb supermarketə gedə bilərəm, burada öncədən heç vaxt görmədiyim bir adamla görüşüb, bu dəyərsiz kağızı yeyə biləcəyim bananlarla dəyişə bilərəm. Burada nə isə çox təəcüblü bir iş vardır. Şimpanze ilə belə mübadilə mümkün deyildir. Sözsüz, şimpanze də mübadilə eləyə bilər: “Əgər sən mənə kokos versən, mən də əvəzində banan verərəm”. Hər şey olduqca sadədir. Yoxsa şimpanze belə deyə bilər: “Sən mənə heç nəyə yaramayan kağız verirsən və ümid eləyirsən ki, mən bunun əvəzində sənə banan verəcəyəm? Heç vaxt! Yoxsa, elə düşünürsən ki, mən insanam?” (Gülüşmə)
Pul – insanların quraşdırıb danışdığı ən uğurlu uydurmadır, çünki ona hamı inanır. Allaha hamı inanmır, insan hüququna hamı inanmır, millətçiliyə hamı inanmır, ancaq pula və dollara hamı inanır. Örnək üçün, Hüsama ben Ladeni götürək. O Amerikanın siyasətinə, dininə və mədəniyyətinə nifrət eləyirdi, ancaq o qətiyyən amerika dollarına qarşı deyildi. Məhz elə onu da çox sevirdi. (Gülüşmə)
Sonda bunu da demək istəyirəm: insanlar ikili gerçəklikdə yaşaya bildiklərinə görə dünyanı idarə edə bilirər. Heyvanların hamısı yalnız obyektiv gerçəklikdə mövcud olur. Bu gerçəklik: çay və ağaclar, aslan və fillər kimi maddi obyektlərdən təşkil olunmuşdur. İnsanlar da maddi aləmdə yaşayırlar. Elə bizim dünyamızda da, çaylar və ağaclar, aslanlar və fillər vardır. Ancaq son yüzilliklərdə biz obyektiv gerçəkliklərin üzərində ucalan, düşüncələrimizin məhsulu olaraq yaradılan: millətlər, allahlar, pul, şirkətlər kimi, xəyalımızın məhsulu olan obyektlərdən ibarət uydurma bir gerçəklik qatı da yaratmışıq. Təəcüblü olan isə budur ki, tarixin gedişində bu uydurma gerçəkliklər getdikcə daha çox nüfuz qazanmış və daha təsirli olmuşlar. Elə bügünümüzdə də, dünyada ən böyük qüvvə uydurma dünyaya olan inamdır. Bu gün insanlıq elə bir duruma gəlib çıxmışdır ki, çayların, ağacların, aslanların və fillərin varlığı da, bu uyudurulmuş obyektlərin məqsəd və istəklərindən asılı vəziyyətə düşmüşdür, indi gerçək dünyadakı proseslərin az qala hamısı yalnız bizim təsəvvürlərimizdə mövcud olan ABŞ, Gooqle kimi uydurulmuş obyektlərdən asılı olaraq qalır.
Sağ olun. (Alqışlar)

TED firmasının əməkdaşı Bruno Cusanni ilə qısa müsahibə.

Bruno Cusanni: Yuval, sizin yeni kitabınız çapdan çıxıb. “Sapiens” əsərinizdən sonra siz yeni bir kitab da yazmısınız, bu kitab ivrit dilində çap olunub ancaq hələ ingiliscəyə çevrilməyib.

Yuval Noy Harari: Mən indi məhz bu kitabı çevirməklə məşğulam.

Bruno Cusanni: Başa düşdüyümə görə, yeni kitabınızda siz təsdiq eləyirsiniz ki, bugünümüzdə baş verən çox böyük kəşflər həyatımızı yalnız yaxşılaşdırmır, həm də problemlər yaratmağa başalyır, sizdən kiçik bir sitat da gətirə bilərəm, belə yazırsınız: “keçmişdəki sənaye inqilabından sonra olduğu kimi, yeni siniflər və yeni münaqişələr yaranacaqdır”. Bu fikrinizi xırdalaya bilərsinizmi?

Yuval Noy Harari: Yaxşı. Sənaye inqilabı şəhər proletariatı deyilən yeni bir sinif yaratdı. Son  200 ilin ictimai və siyasi tarixi qarşısında belə bir sual yarandı: yeni problemlər və imkanlar yaradan bu siniflə nə etməli? İndi isə gərəksiz insanlar adlana biləcək yeni bir sinifin yaranması prosesi gedir. (Gülüş) Kompyuterlər təkmilləşir və bütün mümkün oblastlara tətbiq edilir. Belə bir ehtimal vardır ki, kompyuterlər görülən işlərin əksəriyyətini bizdən daha yaxşı yerinə yetirməyə başlayacaqlar və adamlar sadəcə olaraq lazım olmayacaqlar. Beləliklə də XXI yüzilliyin ən ciddi siyasi və iqtisadi sualı belə olcaqdır: “İnsanlar bizim nəyimizə lazımdır?”, və ya ən azından belə bir sual yaranacaqdır: “Bu qədər çox adam bizim nəyimizə gərəkdir?”

 Bruno Cusanni: Sizin kitabınızda bunu cavabı varmı? 

Yuval Noy Harari: Bugün biz bu artıq adamların başını narkotika və əyləncəli kompyuter oyunları ilə qatırıq. (Gülüş) Ancaq bu hadisələrin gedişi bizə çox da cazibəli bir gələcək vəd etmir.

Bruno Cusanni: Deməli, siz bu kitabınızda sübut eləyirsiniz ki, indi insanlar arasında artmaqda olan maliyyə bərabərsizliyi faktlarının araşdırılmasına baxmayaraq, biz yalnız bu problemin başlanğıcındayıq?

Yuval Noy Harari: Mənim dediklərim öncəgörmə deyildir, bu, hadisələrin gedişi ssenarisinin araşdırılmasıdır. Burada birinci problem, yeni, gərəksiz adamlar sinfinin yaranması faktıdır. İkincisi, burada insanların müxtəlif bioloji kastalara ayrılması prosesi gedə bilər və varlılar bir növ tanrılara çevrilə bilərlər, yoxsullar isə, gərəksiz adamlara çevrilməyə qədər alçaldıla bilərlər. 

Bruno Cusanni: Mən hiss eləyirəm ki, bir-iki il sonra siz bu mövzu üzrə TED-də çıxış eləməli olcaqsınız. Bizim çağırışımızla uçub buraya gəldiyiniz üçün çox sağ olun, Yuval.

Yuval Noy Harari: Sağ olun! (Alqışlar)

Сайт Деловая столица (Paytaxtın işgüzar saytı)

YUVAL NOY  HARARİ ÖLÜMSÜZLÜYÜN DOLAYI TƏSİRLƏRİ HAQQINDA

Görkəmli alman fiziki Mark Plankın çox dəqiq ifadə elədiyi kimi, elmin tərəqqisi dəfndən dəfnə kimi olur. O bunu nəzərdə tururdu ki, haçan alimlərin köhnə nəsli dünyadan köçürsə, onda da yeni nəzəriyyələrin köhnələrini sıxışdırıb sıradan çıxarmaq şansı yaranır, özü də bu yalnız elmə aid deyildir. 

İki yüz ildən sonra imkanlı adamlar, kompyuter, smatrfon kimi texnikalar ilə qovuşub yaşamaq imkanı qazanacaqlar. Yerusəlimdəki Yəhudi universitetinin professoru, insanlığın tarixi üzrə kitabların müəllifi Yuval Noy Harari belə düşünür. Onun sözlərinə görə, insanın maşınla qovuşması həyatın yaranmasından keçən dörd milyard ərzində biologiyada baş verən ən böyük təkamül sıçrayışı olacaqdır. Professor Harari hesab eləyir ki, insan keçdiyi təkamül prosesində ölüm üzərində qələbə çalmaqla Allaha bənzəməyə başlayacaqdır və bununla da biz şimpanzedən nə qədər fərqləniruksə o da indiki insandan o qədər fərqlənəcəkdir. O iddia edir ki, insanı hərəkətə gətirən başlıca hə qüvvə narazılıqdır (qeyri-məmnunluqdur), ona görə də, biz gen mühəndisliyi və ya yüksək texnologiyaların köməyi ilə “modernləşdirməkdən” özümüzü saxlaya bilməyəcəyik. Ancaq o xəbərdarlıq edir ki, kiborqlara çevrilmə texnologiyası ilə dəyişilmək ancaq çox varlı insanlara müəyəssər olacaqdır və bu da cəmiyyətdə varlı adamlarla yoxsullar arasındakı uçurumu daha da dərinləşdirəcəkdir. Gələcəkdə varlı insanlar əbədi yaşaya biləcəklər, yoxsullar isə, indi olduğu kimi qocalıb öləcəklər.   

Professor Hararinin fikrincə insanlar ona görə dominant növə çevrilə bildilər ki, onlar “uydurmalar” yaratmağı bacarırlar və bununla da cəmiyyəti möhkəmləndirə bilirlər, o belə uydurmalara örnək olaraq dini, pulu, insan hüquqları və başqa bu kimi, heç bir bioloji əsası olmayan hadisələri göstərir. Hariri deyir: “Bizim təxəyyülümüz insanların biri-biri ilə asanlqıla əməkdaşlıq eləməsinə və böyük toplumlarda birləşib yaşaya bilməsinə imkan yaradır. Hüquqi sistemlərin böyük çoxluğu sadəcə olaraq bizim özümüzün düşünüb yaratdığımız şeylərə əsaslanır. Pul isə bunun ən qabarıq bir örnəyidir. Bankirlər və maliyyə nazirləri bizi, pulun hansısa dəyərinin olmasına inandırırlar. Ancaq əslində isə bu belə deyildir. Şimpanzeyə pul verib ondan nəsə almağı yoxlayın, onda özünüz də buna əmin olacaqsınız”. 

Heç də təsadüfi deyildir ki, Mark Zukenberqi heyrətə salan kitablardan biri də Hararinin “Sapiens: İnsanlığın qısa tarixi” kitabıdır. Bu kitab çap olunan andan başlayaraq bestellerə çevrilmi, dünyanın 30-a yaxın dilinə çevrilmişdir. Bu kitabdakı ideyalarını Harari sonrakı kitaba olan “Sabahın tarixi” adlı kitabında daha da inkişaf etdirmişdir. 

Saytımızın müxbirinin Yuval Noy Hararidən 2015-ci ildə götürdüyü müsahibədə də insanların ölümə necə qalib gələcəklərindən və bütün bunların yekun nəticədə nəyə gətirib çıxaracağından danışılır. 

–Yuval, sizcə, insan həyatının gözəçarpacaq qədər uzadılması üçün real metodlar nə vaxt yaranacaqdır? Ölümsüzlüyü nə yaxınlaşdıra bilər?   

Yuval Harari (Y. H.) İnanıram ki, yaxın on ildə biz insan ömrünün uzadılmasında mühüm uğurlar qazana biləcəyik, ancaq ölümsüzlük indilikdə uzaq gələcəyin işidir. Son yüz ildə biz öncədə olduğundan ikiqat artıq yaşamağa başlamışıq: orta yüzilliklərin Avropasında və ya Romada insanlar orta hesabla ən çoxu 40 il yaşayırdılar, bunun səbəbi aclıq, yoluxucu xəstəliklər və başqaları idi. İndiyə kimi tib elmi öz inkişafında çox irəli getdiyindən indi bu orta insan ömrü 80 ilə kimi uzanmışdır. Ancaq daha real nəticələr ala bilmək  üçün radikal tədbirlər görülməlidir. Hətta, biz indi xərçəng, diabet və başqa bu kimi ölümcül xəstəliklərin yaranmasının qarşısını ala bilsək də, bütün bunlar insan ömrünü 150 ilədək deyil, uzağı 90 iləkimi uzatmağa imkan verərdi. Alimlar nə vaxt insanların 150 il yaşaması üsulunu tapsalar, onda artıq bu texnologiyanı biraz da təkmilləşdirib insanın 1000 il yaşamasını da təmin etmək mümkün olacaqdır. Bütün bu inkişaf ona doğru gedir ki, qarşıdakı 200 ildə bioloji hiylələrəəl atmaqla, gen mühəndisliyi və kiborqizasiyanın yardımı ilə biz ölümsüzlər irqinə çevriləcəyik. İndiki insanlarla həmən o gələcəkdəki insanlar arasındakı fərq, indiki insanlarla şimpanze arasındakı fərqlə tutuşdurula biləcəkdir.   

–Bu sferada hansısa gizlin layihələr varmı, əgər varsa onda bunun üzərundə kim işləyir?

Y. H. Silikon vadisində1 Google kimi bir neçə nəhəng var ki, bununla bağlı açıq danışırlar və belə layihələrin reallaşdırılmasına işinə böyük məbləğdə pullar xaərcləyirlər. Bir neçə il öncə Time jurnalının üz qabığında belə bir tükürpədici başlıq verilmişdi: “Google kompaniyası qocalmağa qalib gələ biləcəkmi?” Buradakı məqalədə Google firmasının bu məqsədlə yaratdığı nəhəng Calico firmasının yeni araşdırmalarının nəticələrindən söz açılırdı. Bu nəhəng firmanın yaradılmasında məqsəd insan ömrünün gözəçarpacaq dərəcədə uzadılmasına və ölümsüzlüyün çarəsinin tapılmasına gətirib çıxaracaq vasitələrin tapılması idi. Əgər bu araşdırmaların arxasında Google kimi ciddi firma dayanmasaydı onda bütün bu araşdırmalar real görünməyə bilərdi. Sonradan Calico ətrafında yaranmış ehtiraslar soyudu, çox güman kompaniya bu istiqamətdəki axtarışlarını davam etdirir, ancaq indilikd bütün bunları reklam etməyə ehtiyac duymur. Çox ola bilsin, tutalım, Çin kimi böyük dövlətlərdə də buna oxşar gizlin layihələr üzərində çalışırlar, ancaq bunu ictimaiyyət üçün açıqlamırlar.

–Sizcə, ölümsüzlüyün texnologiyasını hazırlamaq üçün hansı ölkələrin daha çox şansı vardır? İnsanların orta ömrü 150 il olanda insanlar bilik öyrənmə dövrləri də gözəçarpacaq dərəcədə artacaqdır... İnsanlar öz karyeralarında daha uzaqlara gedib çıxa biləcəklər və onlara daimi olaraq biliklərini artırmaqla öz peşəkarlıqlarını sübut eləmək lazım olacaqdır. 

Y. H. Biotexnologiya və gen mühəndisliyi üzrə ən böyük uğurlar qazanmış ölkələr sırasında ABŞ, Yaponiya, Çin və bir sıra Qərbi Avropa ölkələrinin adını çəkmək olar. Onlar süni orqanların yetişdirilməsi və gen mühəndisliyi sahəsində ağlagəlməz dərəcədə böyükuğurlara çata bilmişlər. Bu artıq insanlığın aqrar inqilaba başladığı çağlardan sonra həyata keçirdiyi süni seçmə üsulu deyildir. Süni seçmə üsulları mövcud orqanizmlərin başlanğıc genofondunun imkanları ilə məhdudlaşırdı, ancaq gen mühəndisliyi burada artıq yeniliklər yaratmağa imkanlar açır. Biri-biri ilə qohumluğu olmayan gen materiallarını biri-biri ilə qarışdırmaqla və hətta, yeni süni genlər yaratmaqla, tamailə ağlagəlməz nəticələr almaq mümkündür. Örnək üçün, genetiklər nəinki sınaq apardıqları qurdların ömrünü altı dəfə uzada bilmişlər, habelə yaddaşını yetərincə yaxşılaşdırıb öyrədilməyə yarayan dahi bir siçan da yarada blmişlər. Başqa bir unikal eksperiment gəmiricilərin cinsi əlaqələrdə biri-birinə sadiqliyi məsələsinə həsr olunmuşdur. İri çöl siçanlarının çoxu cinsi əlaqələrdə müəyyən qaydaları gözləməkdən uzaqdırlar. Ancaq onların arasında bir növvardır ki, onların cütlüyü yalnız öz aralarında cinsi münasibətdə olurlar. Genetiklər inandırmağa çalışırlar ki,bu növ siçanlardan təkkəbinlik genini ayıra bilmişlər. Alınmışbu geni adi erkək siçanlara köçürsək, onlar donjuanlıqla bir dəfəli üzülüşüb öz cütlüyünə sadiq olan bir erkəyə çevrilirlər. Eyni ilə bunun kimi də, insanın şəxsi meyillərini genetik baxımdan elə nizamlamaq olar ki, bununla cəmiyyəti köklü surətdə dəyişmək mümkün olsun.   

–Əgər gen mühəndisliyi dahilər yaratmağı bacarırsa, onda nə üçün belə texnologiyalar  indiyədək insanlar üzərində tətbiq olunmur?

Y. H. Fövqəltəbii insanın yaradılması texnologiyasından bizi heç də uçurum ayırmır, sadəcə etik və siyasi manelər insanlar üzərində belə eksperimentlər aparılmasını ləngidir. Ancaq etik etirazlar necə inandırıcı olsa da, onların bu araşdırmaların sonrakı mərhələsini dayandıra biləcəyinə inanmaq olmur: axı bu araşdrmaların nəticəsi, sağalmaz xəstəliklərin müalicəsi, idraki keyfiyyətlərin inkişafı, ölümsüzlük ilə də birbaşa bağlıdır. Əgər genlərlə bağlı aparılan bu araşdırmalar bizim yox olmağımızla nəticələnməsə,onda homo sapiens tanınmayacaq dərəcədə dəyişəcəkdir və bu artıq homo sapiens deyil, bütünlüklə bambaşqa bir irq olacaqdır.  

–Sizin nəəzriyyənizə görə, ölümsüzlük texnologiyasından yalnız toplumun qaymağını təşkil eləyən insanlar yararlana biləcəklər. Bununla bağlı hanıs ictimai-iqtsadi mülahizələr vardır və bu halda belə texnologiyalara əli çatmayanları nə gözləyir?

Y. H. Nə vaxt ki, biotexnologiyaya qoyulan milyardlarla investiya ölümsüzlük iksirinin yaradılmasına gətirib çıxaracaq, onda insanlığın qarşısında belə bir sual sayanacaqdır: bu iksiri hamı üçünmü, yoxsa yalnız buna görə yaxşı pul verənlər üçünmü əlçatan eləmək lazımdır? XX yüzillikdə vaksin və antibiotiklərin tətbiqi insan ölümlərini yetərincə azaltmağa imkan yaratdı, habelə, bir sıra xəstəliklərdən həmişəlik can qurtarmaq mümkün oldu və inkişaf eləmiş ölkələr tibbin bu sahədəki nailiyyətlərini yoxsul ölkələrlə böyük həvəslə bölüşdülər. Ancaq bu hal istisna sayılmalıdır, əslində normal sayılan münasibətlər tabeçilik və bərabərsizliyə əsaslananır. XX yüzillikdə millətlərin və dövlətlərin bütün insanlığın sağlamlığını qorumağa investisiya qoymasının iqtisadi, hərbi və siyasi səbəbləri vardı – güclü ölkələrə sağlam əsgərlər, fabriklərdə çalışmaq üçün güclü işçi qüvvəsi, qüvvəli əkinçilər lazım idi. Ancaq indi müharibələrdə başlıca olaraq dronlar iştirak eləyir, zavodlarda isə, insanların yerini daha çox robotlar tutmağa başlayır və deməli, hamınımüalicə etməyə də ehtiyac yoxdur. Aydındır ki, insan ömrünü uzadan texnologiyalar çox baha olacaqdır və çətin ki belə texnologiyaya yiyələnlər onu başqaları ilə bölüşməyi istəsinlər.    

–Demək, texnologiyanın inkişafı ilə insanlar öz dəyərini itirirlər?

Y. H. Elədir ki var! Bir ətrafa baxın: texnika nəinki insanların sadə əl əməyini əvəz eləyir, habelə, taksi sürücülüyü, fond birjasında ticarət, xəstəliklərin diaqonistikası kimi “idraki sferaya” da nüfuz eləyir. Adi insanlar çox böyük sürətlə özlərinin iqtisadi dəyərlərini itirirlər və tədricən elə bir sinif formalaşır ki, onların təminatı yerdə qalan çoxluqdan qat-qat artıq olur. Pul və texnologiyaların yiyələri olan adamlar öz imkanlarının getdikcə daha çox artmasında maraqlıdırlar, onlar üçün heç bir faydası olmayan yoxsulların sağlamlığı üçün pul xərcləmək onlar üçün maraqlı deyildir. Fikrimcə, dediyim bu siniflərarası fərqlər Hindistan, Çin, Rusiya və ya Braziliya kimi inkişaf etməkdə olan ölkələrdə daha kəskin bir şəkildə gözə çarpmaqdadır. Bu kimi ölkələrdə ən yüksək tibbi xidmət, ən yaxşı təhsil, ən yaxşı avtomobillər, ən yaxşı evlər, habelə bütün yerdə qalan şeylərin ən yaxşısı yalnız yüksək təbəqədən olan insanlar üçün əlçatan olur. Bu baxımdan Rusiyanın belə imtiyazlı insanları inkişaf etmişölkələrdəki yüksək təbəqədən heç nə ilə fərqlənmir. Problem ondadır ki, keyfiyyətli müalicə və təhsil, habelə başqa bu kimi şeylər adətən adi vətəndaşlar üçün əlçatan olmur. texnologiyaların inkişafı ilə əlaqədar olaraq bu bərabərsizlik daha amansız formalar almağa başlayacaqdır, yalnız əsgər və fəhlələrə pul xərcləyəcəklər, texnika onları əvəz eləyəndən sonra onlara da pul xərcləməyin mənası qalmayacaqdır.     

–İnsan ömrünün uzanması sosial quruluşu necə dəyişəcək, bütün bunlar dünya siyasətində və qlobal iqtisadi vəziyyətin dəyişilməsində necə əks olunacaqdır?

Y. H. Sözsüz, insan ömrünün uzadılması ciddi sosial, iqtisadi, mədəni dəyişilmə və çevrilmələrə gətirib çıxaracaqdır. Bütün bu nəticələri təsvir etmək üçün ayrıca bir kitab yazmağa ehtiyac vardır, ancaq mən iki örnək gətirməklə yetinirəm. Tutalım, yaxın iki onllikdən başlayaraq insanlar 150 il yaşamağa başlayacaqlar, onda bununla ailə münasibətlərini kökündən dəyişəcəkdir. İndi kişi və qadın ailə qurarkən hələlik “ölüm onları ayrı ayıranadək” birlikdə yaşamağa ümid eləyirlər. İndi isə 150 il yaşayan bir qadını təsəvvürünüzə gətirin. Tutalım o hətta, 50 yaşında ərə getmişdir və irəlidə o hələ 100 il də yaşayacaqdır. Onun qarşıdakı bu 100 ili bir ər ilə yaşamaq şansı böyükdürmü? Ona görə də indiki kimi ardıcıl nikahların qurulması meylləri çox güman ki yox olacaqdır. Şübhəsiz, əmək bazarında da inqilab olacaqdır. Bugün biz 20-25 yaşına kimi oxuyur, sonra öz peşəmizi öyrənməkdə təkmilləşirik. Nələrisə 40 və ya 50 yaşlarında öyrənmək də ağlabatandır, ancaq hər halda həyat təhsil və ondan sonrakı əmək fəaliyyəti olmaqla iki yerə bölünür.
İnsan 150 il yaşamağa başlayanda bilik almaq mərhələsi yetərincə uzanacaqdır, üstəlik çox böyük yeyinliklə davam etməkdə olan qlobal texnoloji inqilabı da göz önündə tutsaq, bu müddət daha da uzanacaqdır. İnsanlar indiki ilə müqayisədə daha uzun bir müddət üçün öz karyeralarını saxlamalı olacaqlar, bunun üçün də daimi olaraq özlərinin işlədikləri peşəyə yararlıqlarını sübut eləməli olacaqlar. Eyni zamanda onlar vaxtında təqaüdəçıxıb yeni ideyalar və ehtiraslarla zəngin olan gənc nəsil üçün yerləri azad etməyəcəklər. Görkəmli alman fiziki Maks Plank çox dəqiq demişdi ki, elmin tərəqqisi dəfndən dəfinə kimi olur. O bunu nəzərdə tuturdu ki, nə vaxt köhnə nəsil ortalıqdan çıxır, yalnız onda yeni nəzəriyyələrin köhnələrini sıxışdıra bilməsi üçün şanslar yaranır və bu təkcə elə aid deyildir. İndi isəöz şəxsi iş yerinizlə bağlı düşünməyə çalışın. Sizin alim, jurnalist, aşbaz və ya futbolçu olmağınızdan asılı olmyaraq, əgər sizin rəhbərinizin 120 yaşı varsa, onun ideyaları hələ XIX yüzilliyin sonlarında formaşalmışdırsa və o çox güman ki hələ iyirmi ilə yaxın bu kompaniyaya başçılıq eləməkdə qalacaqsa, onda siz özünüzü necə hiss edərdiniz?  

–“Sapiens: İnsanlığın qısa tarixi kitabınızda” siz deyirsiniz ki, zaman keçdikcə insanlar daha az xoşbəxt olacaqlar. Bu nə ilə bağlıdır və ölümsüzlük dönmini insanları özlərini necə hiss edəcəklər?

Y. H. Mən onların daha az xoşbəxt olacaqlarını deməmişəm. Demək istəmişəm ki, onlar indikindən daha çox xoşbəxt ola bilməyəcəklər. Baxmayaraq insanlar hakimiyyət əldə etməklə bağlı böyük uğurlar qazana bildilər, ancaq onlar necə mənun ola bilməyi anlaya bilmədilər. Bunca təəcüblü və qeyri-adi bacarıqlarına baxmayaraq insan yenə də qeyri-müəyyən və narazı bir durumda qalmaqdadır. O qayıqdan katerə, paraxoda keçdi, sonra kosmik gəmidə uçmağadək gəlib çatdı, ancaq yenə də üzündən narazılıq yağmaqda davam eləyir. İş burasındadır ki, özünü “bədbəxt” saymaq duyğusu bizim təkamül prosesində formalaşan daxili biokimyəvi sistemimizlə şərtlənir, bu isə yaşamaq və doğub-törəmək şansımızın artmasına xidmət edir. Razı insan zirək deyil və ərincəkdir, ancaq bədbəxt insan həmişə təlaşldır və vəziyyətini yaxşılaşdırmağa çalışır. Bax buna görə də, insanlığa bütün dünyanı fəth etmək nəsib oldu, ancaq bu nailiyyətlərini və bütün gücünü məmnunluq və xoşbəxtliyə çevirə bilmədi, çünki təbiət buna imkan vermir. Ona görə dəinsan ömrünün uzanması ilə bu problem daha da pisləşəcəkdir.     

Silikon vadisi – ABŞ-ın Koliforniya ştatındakı San-Fransisko şəhərinin yüksək texnologiyalr üzrə firmalarının çox sıx yerləşdiyi rayon belə adlanır. Burada əsasən yeni kompyuter və mikroprosessorlar, mobil telefon və biotexnoligiji qurğuların istehsalı lahiləşdirilir. 
Rus dilindən Araz Gündüz çevirib

Rus dilindən Araz Gündüz çevirib