Texnologiya 21:33 05.10.2021

“Instagram” və “Facebook”un işində yenidən problem yarandı

"Instagram” və "Facebook”un işində yenidən problem yaranıb.

Qaynarinfo xəbər verir ki, bu barədə Downdetector məlumat yayıb. Məlumata görə, şəbəkələrin işində uzunmüddətli fasilələr olub. Səhər saatları ilə müqayisədə problemlərlə bağlı şikayətlərin sayı 5 dəfə artıb, ən çox problemi bildirən amerikalı istifadəçilərdir.

Həmçinin, Rusiya, İngiltərə, Fransa, Almaniya, Hollandiya və digər ölkələrdən də şikayətlər bildirilib.