İdman 23:15 23.12.2013

İnternetdə yeni məkan - FUTBOLUSTAN

Azərbaycan idman mediasına yeni bir sayt gəldi.

Ancaq təkcə idman mediasına yox, həm də siyasət arenasına. Çünki ölkədə futbol adına oynalınan oyunlar futboldan başqa hər şeydir. Bu sayt da elə futbolun görünməyən, pərdəarxası tərəflərini işıqlandıracaq. futbolustan.com-da oyunların statistikası, qarşılaşmanın hansı hesabla bitdiyi barədə xəbərlər olmayacaq. Burada “niyə hesab belə oldu?” sualına cavab tapılacaq. Çünki Azərbaycanda futbol başqa məcarada davam edir – oyun adı altında siyasət, maraqlar toqquşması, alver və başqa nələr, nələr, nələr...

Saytın rəhbəri Nail Nurəddinoğlu deyir ki, futbolustan.com tam fərqli biçimdə olacaq: “Saytda əsasən tanınan müəlliflərin köşə yazıları, araşdırmalar yer alacaq, ancaq eksklüziv xəbərlər yayımlanacaq”.

Qaynar.info