Dünya 14:16 18.10.2018

"İnterpol" 93 ölkədə əməliyyat keçirdi

"İnterpol" 93 ölkədə narkotik əməliyyatı keçirilib.

Qaynarinfo xəbər verir ki, "Lionfish" adlı verilən, 17 sentyabr 8 oktyabr tarixində reallaşdırılan əməliyyatda ümumilikdə 56 tondan çox narkotik maddə ələ keçirilib, 1300 nəfər isə həbs olunub. Hollandiyada sintetik narkotik həb istehsal edən ev aşkarlanıb, Braziliyadan Fil Dişi Sahilinə yola düşən 1,2 ton kokain ələ keçirilib. 

Əməliyyat Qazaxıstan, Kolumbiya, Rumıniya, Zimbabve və Sinqapurdan koordinasiya edilib.

Gülşən