Ölkə 21:35 13.06.2019

"İnterpol" azərbaycanlını axtarışa verdi

Azərbaycanda qətl törətməkdə təqsirləndirilən şəxs beynəlxalq axtarışa verilib.

Qaynarinfo-nun "Trend”ə istinadən məlumatına görə, 1964-cü ildə Lerik rayonunda anadan olan Əlipaşa Məmmədov barəsində Azərbaycan hüquq-mühafizə orqanlarında cinayət işi başlansa da, o istintaqdan yayınıb.

Bundan sonra məhkəmə Ə.Məmmədov barəsində həbs qətimkan tədbiri seçib və təqsirləndirilən şəxs axtarışa verilib.

"İnterpol" həmin şəxs barəsində beynəlxalq axtarış elan edib.